İran Suriya ordusunu yenidən quracaq
Rəsmi Tehran Suriya ordusunun yenidən qurulması və modernləşdirilməsi işində Bəşər Əsəd hökumətinə tam və hərtərəfli dəstək verəcək.
Adalet.az xəbər verir ki, İranın müdafiə naziri Əmir Hatəmi Livanın "Əl-Miyadin” telekanalına müsahibəsində hərbi əməkdaşlıq barədə Suriya ilə imzaladıqları müqaviləni şərh edərkən belə deyib.
"Bu gün ən vacib vəzifəmiz Suriyada Əsəd hökuməti ordusunun bərpasıdır. Müqavilənin vacib bəndlərindən biri də elə Suriya ordusu və müdafiə sənayesinin yenidən qurulmasıdır. İmzalanan ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Tehran Dəməşqə istənilən hərbi köməyi göstərəcək. İranın Suriyadakı hərbi mövcudluğu leqitim hökumətin xahişinə əsaslanır və üçüncü ölkələr bu məsələni şərh edə bilməzlər.” - deyə, iranlı nazir vurğulayıb.
Qeyd edək ki, Suriya böhranı başladıqdan sonra İran 2013-cü ildən etibarən Bəşər Əsəd rejiminin müttəfiqi kimi çıxış edir.
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45