İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİ

İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:
“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”.
Digər Xəbərlər

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI

Ərə veriləcəyi deyilən azyaşlının nənəsi DANIŞDI - VİDEO
