"İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir" - Prezident

Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Adalet.az xəbər verir ki, həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır”.
Digər Xəbərlər
24 Oktyabr 2025 16:37 Ceyhun Bayramov TDT baş katibini qəbul edib
24 Oktyabr 2025 16:21 Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
24 Oktyabr 2025 16:11 Astanadan gələn mesajlar strateji tərəfdaşlığın yeni mərhələsidir
24 Oktyabr 2025 16:02 "Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
24 Oktyabr 2025 16:00 Türkiyə parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib
24 Oktyabr 2025 15:44 "Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq" - Deputat
24 Oktyabr 2025 14:35 Putin İlham Əliyevə zəng edib - YENİLƏNİB
24 Oktyabr 2025 11:18 

Bakı -°C 






