adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2018 11:49
21686
İQTİSADİYYAT

İqtisadiyyatın ŞANLI səhifəsi

100 illiyini qürrurla qeydetdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti öz demokratik prinsipləri, həyatakeçirdiyi layihələr və ortaya qoyduğu mövqe ilə keçmişimizin şanlı səhifəsidir.Bu keçmişə boylanan hər bir azərbaycanlı içində bir hiss keçirir. Bu da fəxrhissidir ki, AXC hakimiyyəti və bu hakimiyyətin bərqərar olması üçün qanındanvə canından keçənlər biz gənclərə örnəkdir. Bu gün bu yazımızda Azərbaycan XalqCümhuriyyəti illərində həyata keçirilən iqtisadi islahatlara diqqətyönəldəcəyik. O islahatlar ki, Azərbacyan xalqının firəvanlığına, sosialproblemlərinin həllinə ciddi təsir göstərmişdir. Qısa zaman ömür sürənCümhuriyət illərində bu siyasət artıq öz bəhrəsini verməyə başlamışdı. Belə ki,1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manatdan ibarət idi. Onunəsas hissəsi neft satışı və gəlirə görə vergilər hesabına artırdı, o illər üçünbu göstərici 30% idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və əlbəttə ki,neft üçün olan aksiz vergiləri idi. Bununla yanaşı iqtisadiyyatın digərqollarının inkişafı üçün bir sıra ölkələrlə danışıqlar aparılır, razılıqlarəldə olunurdu. Rusiya, İran, Türkiyə eləcədə digər Avropa ölkələri ilə aparılandanışıqlar nəticəsində AXC-nin iqtisadi platforması artıq dəmir dirəklərüzərində sürətlə şütüyən qatara bənzəyirdi. Bu qatarın hər bir dayanacağı bizim üçün iqtisadigəlir, divident idi.


Gömrük siyasəti


1918-ci il mayın 28-dəAzərbaycan müstəqilliyini elan etdikdən sonra Xalq Cümhuriyyəti gömruklə bağlıgörüləcək işlərə də xüsusi diqqət verib. Həmin il dekabrın 17-də parlamentdəgömrüklə bağlı qərar qəbul edilib. Gömrük məntəqələrində ciddi yoxlamalaraparılıb, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarınınyaradılması zəruri hesab olunub. Lakin cəmi 23 ay mövcud olan müstəqilAzərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinininkişafı da tamamlanmadı.

1920-ci il aprelin 28-dəAzərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə buradakı sərhədməntəqələrində Sovet İttifaqına məxsus gömrük xidməti orqanları fəaliyyətgöstərib. Lakin onların heç biri Azərbaycan Respublikasının bilavasitəfəaliyyəti ilə bağlı olmayıb. Sovet İttifaqında xarici ticarətin dövlətinhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılıb və müxtəlifiqtisadi orqanlara tabe etdirilib.

O illərdə yaradılmış gömrükxidməti xəzinəyə 100 milyon manat yatırmışdı. Daha 15 milyon manat isə azadticarət, eləcə də yük və sərnişin daşımaları üçün alınan rüsumlar hesabınaəlavə edilmişdi.


Heyvandarlığın inkişafı


Ana təbiət Respublikamızdan heç nəyi əsirgəməyib . Münbit torpaq, sağlam iqlim, zəngin bitki örtüyü, növbənöv heyvanataləmi... Çox yerdə buna həsəd aparırlar. Belə ki, Azərbaycanda müxtəlif inəkcinsləri, camış, Zebu malı, dəvə, at, qoyun və keçi cinsləri var.Lakin respublikamızda bu qədər heyvan cinslərininolmasına baxmayaraq yerlərdə heyvanların saxlanılması, bəslənilməsi,yetişdirilməsi , mayalandırılması zoobaydar qaydalarına əməl olunmadan kortəbiisurətdə aparılır ki, bu da öz növbəsində heyvanların cins tərkibinininitirilməsinə, ət, süd, yun və digər heyvandarlıq məhsullarının azaldılmasınagətirib çıxarır. Ona görədə ölkəmizdə heyvandarlığıinkişaf etdirmək üçün mütləq Dövlət, kəndli- fermer və digər heyvandarlıqlaməşqul olan təəsərrüfatların inkişaf etdirilməsini Dövlət səviyyəsində təşkiletmək lazımdır. Çünki insanların maddi rifah halının yaxşılaşdırılmasındaheyvandarlıq məhsullarının əvəz edilməz qida kimi böyük əhəmiyyəti vardır. Odurki, əhalinin heyvandarlıq məhsullarına olan və günü-gündən artan təlabatınınödənilməsində kəndli-fermer təsərrüfatlarının rolu çox böyükdür. Bu problemihəll edən AXC rəhbərliyi knd təsərrüfatının inkişafını prioritet sahə kimiqarşıya məqsəd qoymuş və bu məqsədin həyata keçirilməsi üçün davamlı işlərgörmüşdür. O zaman Azərbaycan heyvandarlığa istiqamətlənmiş ölkə kimitanınırdı. Statistik göstəricilərə görə, o dövrdə iribuynuzlu heyvanların sayı1 milyon baş, at 150 min baş, camış 300 min baş, dəvə 12 min baş, qoyun və keçiisə 1,5 milyon başa çatırdı. Bu isə daxili tələbatın ödənilməsində mühüm roloynayırdı.


Barter üsulu


İqtisadiyyatın inkişaf etdirilməsi, şaxələndirilməsiüçün barter üsulu müəyyən mənada işə yarayır. Bu məqsədlə bütünlükdə ADR ticarət və iqtisadi əlaqələrində barterüsulundan istifadə edilirdi: gətirilən malların əvəzinə neft verilirdi. Beləki, Amerika, Fransa, İtaliya və digər dövlətlərin istehsalı olan hərbi mallar,telefon aparatları, minik avtomobilləri, 100 paravoz, 2 min sisterna, 5 minqapalı vaqon ərzaq məhsulları üçün Azərbaycan əsasən neft, pambıq, yun, ipək vəgön ilə ödəmə edirdi. Azərbaycan neftinin alıcısı ilk illərdə Rusiya idi, sonraisə Avropa ölkələri də qoşuldu. Rusiyada inqilab nəticəsində Azərbaycanneftinin ixracı nəzərəçarpacaq dərəcədə azaldı. Şimal bazarının bağlanmasınəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 mintonu ixrac edilmişdi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında3 milyon ton neftin ötürülməsini təmin edə bilən 500 kilometrlik Bakı-Batumineft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisininsürətləndirilməsindən sonra mümkün oldu.



Pul siyasəti


Pul siyasəti iqtisadi dayanıqlığı var edən, budayanıqlığı möhkəmləndirən önəmli silahdır. Bu baxımdan AXC-də pul siyasətinə ciddi önəm verilirdi. İlk dövrdə müstəqilrespublikada Rusiya pulları və Bakı bonları ilə yanaşı Zaqafqaziya bonlarındanda geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakıbölməsi də öz fəaliyyətini davam etdirirdi. Lakin artıq 1919-cu il mart ayının7-də Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankının(mərkəzi bankın) təşkil edilməsi təklifi bəyənildi və onun nizamnaməsininhazırlanması Maliyyə nazirinə tapşırıldı. Elə həmin il sentyabr ayının 16-daAzərbaycan Respublikasının parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsitərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi.1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışıoldu və həmin gündən etibarən o, fəaliyyətə başladı. Dövlət Bankının mərkəziaparatının binası Bakının Qorçekovski (indi H.Z.Tağıyev) küçəsində yerləşirdi.Dövlət Bankının sədri səlahiyyətlərini maliyyə nazirinin müavini MarkMixayloviç Abequz icra edirdi. Sədr müavini vəzifəsinə isə Həsənbəy Fəttahovtəyin edilmişdi. 1919-cu il noyabr ayının 9-da Dövlət Bankının Gəncə bölməsiaçılmışdır. Sonralar digər regionlarda da Dövlət Bankının bölmələri təsisedilmişdi.

Azərbaycan Dövlət Bankı əsasməqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatınayardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsiidi. Dövlət Bankının nizamnamə (əsas) kapitalı 50000000 rubl idi. Nəzərdətutulurdu ki, hər il bu kapital illik gəlirin 10%-i məbləğində vəsait hesabınaartırılacaq. Ehtiyat kapitalı isə 10000000 rubl məbləğinə çatana qədər illikgəlirin 20%-i məbləğində, sonra isə 10%-i məbləğində vəsait hesabına formalaşdırılmalıidi. Ehtiyat kapitalı Bankın əməliyyatları üzrə yaranmış ziyanın örtülməsi üçünyaradılmalı idi. Bu kapital da azolduqda əsas kapitaldan istifadə edilməli idi. Öz növbəsində əsas kapitalınçatışmayan hissəsi dövlət büdcəsi hesabına örtülməli idi. Eyni zamanda Bankınsaxlanması üçün gəlirin kifayət olmadığı təqdirdə xüsusi ehtiyat fondununyaradılması nəzərdə tutulurdu. Həmin fond illik gəlirin 5%-i məbləğindəödəmələr hesabına formalaşdırılmalı idi.

Pul nişanlarınınemissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə DemokratikRespublika dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pulnişanları emissiya edilmişdir. Milli valyutanın dönərliyini təmin etmək məqsədiilə hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini müəyyənetmişdi.



Sübhan Mahmudlu

Yazıİqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş"Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyətəqdim edilir.