İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” fərmanın tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər Xəbərlər
07 Aprel 2026 12:05
Azərbaycan dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib
07 Aprel 2026 10:48
Türk dövlətlərinin xarici ticarətinin həcmi açıqlandı
07 Aprel 2026 10:29
“Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır”
06 Aprel 2026 19:42


Bakı -°C

