adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Sentyabr 2019 14:29
18249
SİYASƏT

İqbal Ağazadə: "Bu, iqtidar-müxalifət görüşü deyil"

Bakıda "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Görüş mətbuatda "iqtidar-müxalifət" görüşü kimi qələmə verilib. Bu görüşə Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu dəvət olunsa da, onlar dəyirmi masaya qatılmayıblar. 

Bu məsələ ilə bağlı görüşdə olmayan İqbal Ağazadə ilə əlaqə saxladıq və görüşdə iştirak etməməsinin səbəbini soruşduq.

İqbal Ağazadə qeyd edib ki, "bu, iqtidar-müxalifət görüşü deyil".

"Birincisi, bu, iqtidar-müxalifət görüşü deyil. İqtidar-müxalifət görüşünüiqtidar təşkil etməlidir. Fəzail Ağamalı iqtidar deyil, iqtidarın dəstəkçisidir.Bunlar ayrı-ayrı terminlərdir. İkincisi, biz görüşə dəvt almamışıq. Dəvətolunsaydıq və görüş "iqtidar-müxalifət” görüşü adlansaydı belə ora getməzdik.İqtidar-müxalifət görüşünün predmeti, mövzusu və səlahiyyətlisi bəlliolmalıdır".