adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyun 2018 15:33
10957
GÜNDƏM

İNTİHAR VİDEOSUNU KİM PAYLAŞIB?

16 yaşlı bir qız uşağı intiharedib və intihardan əvvəl də özünü videoya çəkərək göndərib sevgilisinə və yaxud deyiklisinə.Hadisə təxminən bir ay bundan əvvəl olub, amma video indi yayılıb. Bu videonu sosial şəbəkələrə kimlər servisedib? Videonun göndərildiyi oğlanmı, yoxsa başqalarımı? Hər halda tapılmalıdırlar,özəl həyata qarışdıqları üçün məsuliyyətə cəlb olunmalıdır. Çalışırıq intihar haqqında xəbərləriyaymayaq. İntihara qarşı fikirləryayaq, maarifləndirici yazılar verək. Hər gün intihar var.Bu xəbərlərin altında oxuyuruq ki, prokurorluq intiharın səbəbləri ilə bağlı araşdırma aparır. Amma hələ də bu araşdırmanın nəticəsindəkiminsə məsuliyyətə cəlb olunmasını oxumamışıqvə eşitməmişik.

Azərbaycan RespublikasıCinayət Məcəlləsi

Maddə 125. Özünü öldürməhəddinə çatdırma

Təqsirkardan maddi, xidməti və s. cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftaretmə, onun ləyaqətini mütəmadi olaraq alçatma,ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma–

üç ilədək müddətdə azadlığınməhdudlaşdırılması və ya üç ildən yeddi ilədəkmüddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəqiq yadımda deyil, ötənil deyəsən, 227-mi və ya nə qədərmi intiharhadisəsi baş vermişdi. Bunlar keflərindəmiözlərini öldürmüşdülər?! Təbii ki, yox. Siz bu intihar hadisələrinə görə kiminsə cəzalandırıldığını hardasa oxudunuzmu? Mən oxuya bilmədim.