adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2019 17:40
37813
TEXNOLOGİYA

İnternetə deyil, həyata bağlan!

Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinintəşkilatçılığı ilə "Uşaqların internetinformasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkili layihəsinin icrasına start verilmişdir. Layihə çərçivəsindənövbəti tədbir 30 may 2019-cu il tarixində Bakı şəhərinin 55 və 266 saylı orta məktəbində həyata keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən "Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimaibirliyinin əməkdaşı İsmət Əmirahov layihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeydetti ki, bu layihədə əsas məqsədimiz, uşaqlara internetresuslarından düzgün və səmərəli istifadə qaydalarını öyrətmək, informasiyatexologiyalarından ölçüsüz və səmərəsizistifadənin təhlükələri haqqında onlara məlumat verməkdir.

Təlimçi Şəbnəm Əliyeva çıxış edərək internetin və texnologiyanın insan həyatınagətirdiyi saysız-hesabsız faydalarından bəhs etdikdən sonrainternetvə texnologiya aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri,informasıya texnologiyalarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdənşüurlu istifadənin yolları, informasıya texnologiyalarından və internetdənistifadə zamanı vaxtın düzgün idarə olunması vəinternetdən milli dəyərlərimizindüzgün təbliğat vasitəsi kimi istifadə olunması mövzularında iştirakçılara ətraflı məlumat verib.

Tədbir iştirakşılarına layihə çərcivəsindəhazırlanmış "Texnologiyadan ehtiyacın qədər istifadə et” kitapçası, buklet, qələmvə bloknot hədiyyə edilib.