adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2017 16:41
5832
MƏMLƏKƏT

İnternat məktəblərinin məzunları üçün aşpazlıq kursları keçirilir

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi (SUK İB) AzərbaycanRespublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə "Etibarlı gələcəyinqurulması üçün birgə fəaliyyət” adlı layihəyə start verib.

Layihə çərçivəsində Bakı şəhəriQaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan,potensial insan alveri qurbanları olaninternat məktəblərini bitirmiş məzunlar üçün 3 ay müdətində 30 nəfər gənc qız və oğlanlara aşbazlıqkursları keçiriləcək. Kursu uğurla bitirənlərə sertifikatlar veriləcək.

Kurslarla yanaşı, gənclərə 3 ay ərzində pulsuz hüquqi və psixolojiyardım da ediləcək. Layihənin sonunda bu gənclərin işlə təmin olunmasına daköməklik göstəriləcək.

SUK İB-in sədri Məlahət Abbasova bildirib ki, insan alveri problemigünümüzün ən təhlükəli bəlalarından biri olaraq qalır: "Bu cinayətkarlıqlaməşğul olan cinayətkarlar hər zaman cəmiyyətin ən həssas qruplarını aşkarlayıb,onları öz torlarına salırlar. Belə qruplardan biri də internat məktəblərinibitirən, işsiz, məlumatsız, heç bir peşəyə, sənətə malik olmayan insanlardır”.

QHT sədri onu daəlavə edib ki, təşkilatın nümayəndələri bir neçə ay əvvəl orada oldu vəşəraitlə maraqlandı: "Biz orada olduğumuz zaman həmin gənclərlə görüşüb, söhbətetdik. Onların ən böyük şikayətlərindən biri heç bir peşənin sahibləriolmamaları, işsizlik idi.

Biz onlara öz təklifvə tövsiyələrimizi bildirərkən onlar bizə hər hansısa kurslarda (xüsusən aşpazlıq,kompyuter, saç, makiyaj ustası, dərzilik kimi peşələr və s.) iştirak etməkistədiklərini bildirdilər. Əməkdaşlarımızla bunu dəyərləndirərək əmək birjasınıda gözdən keçirib, Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan,internat məktəbinin keçmiş məzunları üçün aşpazlıq kurslarını təşkil etməyiqərara aldıq”.

Qeyd edək ki, layihə 2017-ciil aprelin 15-dən iyulun 15-dək davam edəcək.