adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2017 12:07
9891
MƏMLƏKƏT

İnternat məktəbinin məzunları üçün aşpazlıq kursları davam edir

Sahibsiz Uşaqlara Kömək İctimaiBirliyinin"Etibarlı Gələcəyin Qurulması Üçün Birgə Fəaliyyət" adlılayihə çərçivəsində internat məzunları üçün təşkil edilən aşpazlıq kurslarıdavam edir.

AzərbaycanRespublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə Bakı şəhəri 9 saylı xüsusi internat məktəbində keçirilən kurslarınəsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə busahədə uğurlu karyera qurulmasında onlara yardım etməkdir.Tədbirdə layihəninəsas məqsədi və məramı barədə məlumat verən Sahibsiz Uşaqlara Kömək İctimaiBirliyinin rəhbəri Məlahət Abbasova bildirdi ki, rəhbərlik etdiyi təşkilat daimuşaqların qayğı və problemləri ilə maraqlanır, onların hərtərəfli yetişməsi vəcəmiyyətimiz üçün layiqli vətəndaş kimi böyüməsi üçün bir sıra layihə lərkeçirir, işlər görür.

"Bu dəfəkilayihə ilə çalışdıq ki, internat məktəbinin məzunları və şagirdləri üçünaşpazlıq kursları təşkil edək. İnanıram ki, bu kurslarda öyrəndiyiniz biliklərgələcəkdə sizin işlə təmin olunmasında, gələcəkdə peşəkar aşpaz və kulinar kimiyetişmənizdə öz təsirini göstərəcək. Əsas məqsəd aşpazlıq sahəsinə marağı olangənclərimizin bu sahədə vərdişlərinin inkişafına töhfə verməkdir. Gələcəyinkulinarları məhz sizin aranızda da yetişə bilər"Layihə rəhbəri həmçininvurğuladı ki, turizmin inkişafı, ölkəmizə turist axınının artması restoranşəbəkəsi biznesində milli və Avropa , Şərq mətbəxini bilən peşəkar aşpazlaraolan tələbatı artırır. Odur ki, internat məzunlarının bu sahədə ixtisaslaşmasıgələcəkdə onların müstəqil həyata qədəm basmasında mühüm rol oynayacağışübhəsizdir. Layihə rəhbərinin köməkçisi Vüqar Hacıyev çıxış edərəkiştirakçılara layihə barədə ətraflı məlumat verdi.

O bildirdi ki, bu cürkurslar onların bilik və təcrübələrini artırmaqda öz töhfəsini verəcək.Kurslarda onlar milli mətbəxdə yanaşı, Avropa mətbəxi barədə məlumat əldəedəcəklər. Kulinar aşpaz. Məlahət Salahova iştirakçılara mətbəxdə aşpazındavranış etikası , gigiyenik qaydalar barədə məlumat verdi.Gələcəyin aşpazlarhəmçinin mətbəx avadanlıqları, onların istifadə qaydaları ilə tanış oldular.Aşpazlara xüsusi önlüklər, papaq, Azərbaycan mətbəxi ilə bağlı kitab, dəftər vəqələm təqdim edildi. Kulinarın rəhbərliyi ilə iştirakçıların şaftalı şirniyyatıbitirməsi və çayla süfrəyə təqdim etməsi milli mətbəximizdə çay mədəniyyətinəolan diqqətin nümunəsi oldu.

Qeydedək ki, layihənin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. ŞəhlaQarayevanın rəhbəri olduğu "Etibarlı Gələcəyin Qurulması Üçün BirgəFəaliyyət" layihə iyulun 15-dək davam edəcək.

SahibsizUşaqlara Kömək İctimai Birliyininmətbuat xidməti