İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
Yaş artdıqca insanların uzun müddət yatmaq qabiliyyəti tədricən azalır.
Adalet.az xəbər verir ki, alimlər bunun səbəbini orqanizmdə baş verən təbii qocalma prosesləri ilə əlaqələndirirlər.
Yaşlı insanların hələ günəş doğmamış oyandıqları, yeniyetmələrin isə günortaya qədər yatmağı sevdikləri barədə çoxsaylı zarafatlar var. Məlum olur ki, bu fikirlərdə müəyyən həqiqət payı mövcuddur.
Orqanizmimizin təbii şəkildə yuxuya getdiyi və oyandığı vaxt yalnız genetik xüsusiyyətlərimizdən deyil, həm də yaşlanma prosesindən asılıdır.
Yaşlandıqca bədənimiz həm daxildən, həm də xaricdən dəyişir. Mütəxəssislərin fikrincə, məhz bu dəyişikliklər yaşlı insanlarda yuxu rejiminin fərqli olmasının əsas səbəblərindəndir.
Erkən oyanmaq təbii qocalma prosesinin bir hissəsidir
Fiziki və psixi sağlamlığımızın digər xüsusiyyətləri kimi, beynimizin fəaliyyəti də yaşlandıqca dəyişir.
Alimlər hesab edirlər ki, yaşlanan beyin xarici siqnalları əvvəlki qədər yaxşı qəbul etməyə bilər. Beynin sinir əlaqələri daxil olan siqnalları əvvəlki kimi dəqiq qəbul edib onlara reaksiya verməyə bilər. Çünki beyin də yaşlanır.
Bu siqnallara günəşin batması, gün işığı, yemək vaxtları, sosial fəaliyyətlər və fiziki aktivlik daxildir.
Bütün bunlar beynimizə günün hansı saatında olduğumuzu müəyyənləşdirməyə kömək edir və 24 saatlıq bioloji ritmimizi tənzimləyir.
Məsələn, gənc insanın beyni axşam yeməyindən sonra bir neçə saat ərzində yatmaq vaxtının yaxınlaşdığını anlaya bilər. Lakin yaşlı insanlarda bu əlaqə əvvəlki qədər güclü olmaya bilər.
Partasaratinin sözlərinə görə, beyinə vaxtla bağlı məlumatları ötürən sinir əlaqələri də yaşlanma prosesindən təsirlənir.
Nəticədə yaşlı insanlar çox vaxt övladlarından və nəvələrindən daha tez yorulurlar. Onlar axşam erkən yatdıqları üçün səhər də daha tez, bəzən tam dincəlmiş vəziyyətdə oyanırlar. (lent.az)
Digər Xəbərlər
20 Oktyabr 2026 07:49
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
20 Oktyabr 2026 07:39
Yaponların sürətli paltar qurutma texnikası
19 Oktyabr 2026 12:56
Qara dəliklər planeti təhlükəyə ata bilər
19 Oktyabr 2026 11:56
Çiy əti dondurucuda nə qədər saxlamaq olar?
18 Oktyabr 2026 11:29
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
18 Oktyabr 2026 11:25
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
18 Oktyabr 2026 11:22
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
18 Oktyabr 2026 10:26


Bakı -°C

