adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Noyabr 2019 10:42
7258
GÜNDƏM

İNSANIN ƏN ƏSAS ZİNƏTİ ONUN TƏMİZ ADIDIR

Azərbaycan Prezidenti cənab İlham Əliyevinbu günlərdə çox böyük siyasi iradə ortaya qoyaraq qətiyyətlə elan etdiyi, cəmiyyəttərəfindən olduqca müsbət qarşılanan kadr gəncləşdirmə siyasətini əsaslandıranson çıxışlarından birində dediyi sözlər bütün saf əqidəli media mənsublarınıruhlandırmışdır. Dövlətimizin başçısı Öz nitqində media nümayəndələrini Özününköməkçiləri hesab etdiyini bir daha vurğulamış, bəzi hallarda dözülməz vəziyyətləbağlı məlumatları məhz mediadan xəbər tutduğunu qeyd etmişdir.

Tərəqqipərvərmedia mənsubları Azərbaycanda həyata keçirilən, iqtisadi inkişafı şərtləndirənmütərəqqi islahatların, onları müşayiət edən sosial proqramların əhəmiyyətinixalqa - KİV izləyicilərinə həvəslə çatdırdıqları kimi, həmin islahatlara maneolmağa çalışan destruktiv ünsürləri də tənqid etməkdən, neqativ hallara rəvacverən şəxsləri ictimai qınağın obyektivinə tuş gətirməkdən çəkinməməli, tərəqqipərvərqüvvələrə dəstək verməyə çalışmalıdırlar.

Azərbaycanda100 illik fəaliyyət tarixinə malik 1 saylı Lombardın xələfi olan "Məlahət"MMC-nin direktoru Məlahət xanım Qurbanova da tərəqqipərvər, fəal vətəndaşlıqmövqeyinə malik, siyasi orientasiyasını düzgün müəyyənləşdirmiş ziyalı Azərbaycanqadınlarındandır. Məşğul olduğu fəaliyyət sahəsinin aparıcı simalarındanolmaqla, əsas ixtisası hüquqşünasdır, həm də xeyriyyəçi kimi tanınır. Müşahidəlioxucu mətbuat səhifələrindən, elə bu sətirlərinin müəllifinin əvvəlki məqalələrindənöyrənə bilər ki, Məlahət Qurbanova öz biznesini və paytaxtın elit nahiyəsindəyerləşən ofisini əldə saxlamaq üçün necə keşməkeşli mübarizə yolu keçib.Zamanla ictimai-siyasi, sosial-iqtisadi formasiyalar dəyişib, hər dəyişiklikdövründə o, müxtəlif təzyiqlərə məruz qalıb, lakin çətinliklərə mətinliklə sinəgərərək, öz savadına, qabiliyyətinə güvənib, Allahına və daim dəstəklədiyi HeydərƏliyev siyasi kursuna inanıb, nəhayətdə qalib çıxıb.

Məlahətxanımın mütləq qələbə çalacağına qətiyyən şübhə etmədiyi savaşı hələ bitməyib,davam edir. Amma ölkə başçısının son həftələrdə ortaya qoyduğu qətiyyətli siyasətləsürət götürən, yeni təkan alan islahatlar Məlahət Qurbanovanın qəlbinə birxatircəmlik işığı salmışdır ki, onun haqq işi uğrunda apardığı mübarizə dətezliklə zəfərlə bitəcək, "İmprotex" şirkətinin ona qarşı irəlisürdüyü əsassız tələblər, mülki iddialar ədalətli məhkəmə müstəvisində dəstəklənməyəcəkdir.

Məlahət Qurbanovaprinsipial adamdır. Lakin onun prinsipləri xırda hisslərə, kin-küdurətə, şəxsimənafeyə deyil, ali məqsədlərə, insani hisslərə və ülvi duyğulara əsaslanır.Gördüyünü, eşitdiyini, oxuduğunu əqlin süzgəcindən keçirməyi bacardığına görəçox zəngin mənəvi aləmi var. Məhzkönlünün zənginliyi və əməlləri ilə dostlar, tanışlar, işçilər və digərinsanlar arasında böyük nüfuza yiyələnib. İşlə yoldaşlığı, vəzifə ilədostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin anlarda həmişə öz savadına, bacarığınagüvənib. Rəhbər statusundan sui-istifadə etməyib, əməkdaşlarına qarşı diqqətcilolub. Halallığı, şükürkarlığı qiymətləndirənadil Yaradan bu sevimli bəndəsinə ruzi-bərəkəti də əsirgəməyib. Səxavətli,geniş ürəkli Məlahət Qurbanovanın alicənablığından, yardımından çoxları bəhrələnib.Etibarından, etimadından sui-istifadə edənlər də olub. Lakin Məlahət xanım həminadamlar yıxılanda onlara balta vurmayıb. Elələri Məlahət xanımın mərhəmətinin buncanəhayətsiz, ölçüəgəlməz səviyyəsini görəndən sonra peşiman olublar, ondan üzristəyiblər, səhvlərini düzəltmələri, borclarından çıxmaları üçün möhlətalıblar.

Yaxşıhəmsöhbətdir. Şəffaf fəaliyyətindən dolayı qapısı KİV-in üzünə daim açıq olan MəlahətQurbanova ölkə həyatında baş verən ictimai-siyasi hadisələrə də məmnunluqlamünasibət bildirir, jurnalistlərə müsahibə verməkdən imtina etmir. Ən naqolay,iş reqlamentinin gərgin olduğu anlarda belə verilən sualları telefonla da olsacavablandırır.

Dövlətbaşçısı cənab İlham Əliyevin yürütdüyü kadr gəncləşdirmə siyasətinin əhəmiyyətinitəsdiqləyən Məlahət Qurbanova bu məsələyə münasibətini soruşduğumuz vaxtbildirdi ki, zamanın gənc kadrlara meydan vermə tələbi sahibkarlıqstrukturlarının və seçkili orqanların rəhbərvəzifəli şəxslərinə aid olmasa da, onlar da dövrün çağırışlarına hayverməli, təfəkkürlərini təzələməli, bəzilərinə xas olan nepotizm, yerlibazlıq,feodal düşüncə tərzindən qurtulmalıdırlar: "Məsələn, bildiyimiz kimi, AzərbaycanRespublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar Prezidentiniradəsi ilə 2021-ci ilədək dayandırılıb. Təəssüf ki, bəzi fürsətcil iş adamlarıonlara verilmiş bu rüsxəti fəaliyyətlərini nizama salmaq üçün vaxt kimi deyil,zəhmətkeşlərin əmək və istirahət hüquqlarını pozmaq imkanı kimi dəyərləndirirlər.Hətta bəzi sahibkarlar leqal işçilərini bayram və istirahət günlərində belə əlavəhaqq ödəmədən işləməyə məcbur edirlər. Bu, gəlin razılaşaq ki, sui-istifadədir".

Söhbətimiz9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyindən, hüquqşünas MəlahətQurbanovadan bu günün əhəmiyyəti haqdadanışmağı xahiş etdik. Bu mövzuda söhbətinin əvvəlində xatırlatdı ki, AzərbaycanRespublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzi kimi ilkdəfə 1918-ci il noyabrın 9-da Bakıda, Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyiAzərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmişvə qaldırılmışdır: "MöhtərəmPrezidentimiz İlham Əliyevin 2009-ci ildə imzaladığı sərəncama əsasən, hər il 9noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ginnes DünyaRekordları Təşkilatı tərəfindən dünyada ən hündür olduğu təsdiqlənmiş AzərbaycanDövlət Bayrağı Dirəyinin təqdimat mərasimində keçirdiyimiz fəxarət və qürur hissiölkəmizin, xalqımızın gələcəyi ilə bağlı nikbinliyimizi son dərəcə artırmışdır.Şükürlər olsun ki, bu gün memarı Ümummilli liderimiz Heydər Əliyev olan MüasirAzərbaycan Dövləti Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olaraq,Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə özsuverenliyini daha da möhkəmləndirməkdə, dünya birliyində öz layiqli yerinitutmaqdadır. İnanıram ki, vaxt gələcək, respublikamızın ərazi bütövlüyü bərpaolunacaq, bayraqlar arasında öz əzəməti, möhtəşəmliyi ilə seçilən AzərbaycanınDövlət Bayrağımızın kölgəsi işğaldan azad edəcəyimiz torpaqlarımıza da düşəcəkdir".

Adamlar var ki, inadla yaxşılıq etmək istəmirlər.Bu, onların imkansızlıqlarından deyil, acıqlı və kinli olmalarından irəli gəlir.Məlahət Qurbanovanın böyük qəlbində isə belə cılız hisslərə yer yoxdur. O üzdənyaxşılıq etməkdən usanmır, xeyirxah işlər görməyə xəsislik etmir. Onu yaxşıtanıyanlar heyrətamiz savab xəzinəsinin tükənməz olduğuna şübhə etmirlər. Bəlkədə fikirləşir ki, insanlara onunxeyirxahlığının sərhəddini bilmələrinə imkan versə, məyus olarlar.

"İnsanın ən əsas zinəti təmiz adıdır" -deyir Məlahət xanım. Qoy həmişə paklığı, saflığı, şərəfi onu əzəmət şəfəqinəbürüsün!


Ceyhun Rüstəmov