adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyun 2022 13:55
963
MARAQLI

İnsan niyə yalan danışır ki...?

İnsan psixologiyası o qədər zəngindir ki, müasir elm hələ də onu kəşf etməkdə və çözməkdədir. İnsan şüurunun alt qatlarında gizlənən sirli bir dünya var. Bəzən elə lap illərlətanıdığımızı zənn etdiyimiz adamlardan elə gözlənilməz rəftarlar görürük ki, sadəcə heyran qalırıq. Ünsiyyət və dostluq münasibətləri zamanı ən çox narahatlıq doğuran məqamlardan biri də yalanla bağlıdı. Yalan danışmaq, yalanı az qala bir həyat tərzinə çevirmək nədən qaynaqlanır görəsən? Sözsüz ki bu barədə elmi araşdırmalar həddən artıqdır. Hətta elmdə yalan danışmaqbir xəstəlik kimi qəbul olunur. Bu xəstəliyin adı Mitomaniyadır. Mitomaniya insanların öz danışdıqları yalana inanmaq xəstəliyidir. Bu cür insanlar səhvlərini gizlətmək üçün davamlı şəkildə yalanlar danışırlar. Müəyyən müddətdən sonra isə danışdıqları yalanlara özləri də inanmağa başlayırlar. Təxminən bu xəstəlik,16 yaşından etibarən özünü göstərməyə başlayır. İnsan beyninində müəyyən xəyallar qurur. Daha sonra bu yalanlara qarşısındakı insan inanırsa o bundan zövq almağa başlayır. Buinsanlar üçün yalan danışmaqhəyat tərzinə çevrilmiş olur. Bu onlar üçün adi bir hal sayılır. Belə adamlar adətən sakit yerləri sevmirlər. Onlar insanların çox olduğu yerlərdə öz böyük yalanları ilə daha çox adamın diqqətini cəlb etməkdən xoşhal olurlar. Belə insanlar xoşbəxt ola bilmədikləri üçün, tez —tez iş yerlərini və dostlarını dəyişməli olurlar. Yalanlarını düzəltmək üçün heç vaxt cəhd etmirlər. Çünki onlar üçün peşmançılıq duymurlar. Elm iddi edir ki, əgər yalan danışan adam sonradan peşmançılıq hiss edirsə o mitomaniya xəstəsi deyil.

Əsas məsələlərdən biri və insanları daha çox maraqlandıran suallardan biri də odur ki, kiminsə yalan danışmağını necə müəyyən etmək olar?

İnsan psixologiyasını tədqiq edənmütəxəssislər yalan danışanların xüsusiyyətlərini müxtəlif versiyalar üzrə müəyyən etməyin mümkünlüyünü bildirirlər. Bunlardan birincisi, əgər bir adam qarşı tərəfə sual verərkən tərəddüd edirsə və ya sualınıza sualla cavab verirsə, məsələn niyə bu sualı verirsiniz, desə yəqin ki, beynində sizin üçün quracağı yalanı düşünür. Daha sonra yalan danışan şəxslərin gözləri oynayır. Çünki günahkarlıq hissi insanların tez-tez aşağı və ya uzağa baxmaq kimi göz təmasını pozma hərəkətlərinə müraciət etmələrinə səbəb olur. Başqa birməqam isə, yalan danışdığını düşündüyünüz adama diqqətlə baxın, çünki yalan danışan stresə düşür. Ağzı quruyur, nəbzi sürətlənir. Daha sonra, bir yalançı daha inandırıcı olmaq üçün tez-tez həm danışaraq, həm də çox jest etməklə həddindən artıq performans göstərəcək. Bu şişirdilmiş bədən dili rituallarına həddindən artıq əl jestləri daxil ola bilər. Yalan danışmanın stressi və narahatlığı tez-tez yellənmək, saçını sığallamaq, qıvrmaq və ya nikah üzükləri ilə oynamaq kimi jestlərə səbəb olur.Bəzi psixoloqlar isə deyirlər ki, yalnız şəxsə baxaraq kiminsə yalan danışıb-danışmadığını müəyyən etmək heç də həmişə mümkün olmur. Əlbəttə ki, bu nisbi yanaşmadır.

Şirin yalanlardansa acı həqiqətlər daha yaxşıdır deyirlər. Elə bir zaman gəlsin ki,dünyamızyalansız, iftirasız olsun. İnsanlar sevgi ilə hər cür yalana və böhtana qalib gələ bilər. Sevginiz güclü olsun…

HAZIRLADI :BÜNYAMİN BÜNYADZADƏ