adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Avqust 2019 16:44
138931
MÜSAHİBƏ

İnsan dünya planetini özü ilə yüksəldə bilər

AYİŞƏNƏBİ: Yenə də söz dönüb dolaşıb Həllacınüstünə gəlir.Həllacın təbiət üzərindəki hakimliyi doğrumu?Məsələn, qeybdənhalva, həbsxanada ikən əllərinin zəncirinin çözülməsi, həbsxananın qapılarınınöz-özünə açılması,yemədən içmədən günlərlə yaşaya bilməsi və s.bunların onun kəramətiolduğunu söylərlər.Buna çağdaş insan mövhumat deyir, insanın maddi bədəndən kənarda fəaliyyət göstərə biləcəyinəinanmazlar.Amma məsələn, Xorasan ərənlərinintayyi- məkan olmaları, təsəvvüfçü şair Mir Həmzə Seyid Nigarinin vəsiyyəti üzrə cənazəsini yayın od tökən qızmarında 13 gün yol gedib Amasiyada dəfn olunarkən heç bir dəyişikliyə uğramadığıgerçəyi. Bu barədə daha bir çox misalgətirə bilərəm.Amma buna mövhumatdemərəm.Hürufilərin, eləcə də Nəsiminin də dediyi kimi "insan öz içində elə bir ilahi ünsür daşıyır ki, obu ünsürü gəlişdirərək Allahaçata, vara bilər.” Mən bu iddiaya inanıram , əslində bunun sadəcə biriddia olduğunu zənn etmirəm, bu onun və digər bu Yolun yolçularının birbaşayaşadıqları gerçəklikdir.İnsanın təbiət üzərindəki təsirininmən də dəfələrlə şahidi oldum.Məsələn, kənddə uşaqlığımda həmişə görürdümki, uzun müddət quraqlıq olanda mənimbabam-zamanının irəlidə gedənlərindənolan şair Molla Nəbi Talibin məzarından bir ovuc topraq alıb onu axar suya tökərkənbir saata qalmaz yağış yağardı.Mən insanla təbiət, insanla ilahiarasındakı o incə, həssas bağı görür kimiyəm, bəzən röya deyil, gerçəkdən görürkimi oluram, gözlərimi yumduğumda isə o ağın içində tapıram özümü.Bu yaşanmasınə qədər çətindirsə, dilə gətirilməsidaha da çətin olan bir olaydır.Mən bunu sözə çevirəmmirəm, bəs sizinsanın təbiət üzərindəki təsirini anlada bilərsinizmi?

KövsərYaşıldaş: Mən də kitablarımda Vəlilərimizin yaşam hekayələrindən bəhs edərkən,onların qeyri adi olaylar yaşamasından, qeyri-adi güclərindən, heyrət oyandıranbəzı möcüzələrindən qısaca bəhs etdim. Fəqət bunların səbəblərindən heç sözaçmadım. Bunları necə gerçəkliyə çevirdiklərinə dair heç ip ucları axtarmadım.Bu mövzulara toxunmağımın tək bir səbəbi vardı: Vəlilərin fəlsəfi düşüncələrinədaha önəm vermək və söylədiklərindəki içsəl gizli sirlərin üstünü açaraq izahedə bilməkdi.

İnsanoğlubu rəvayətlərin gerçək məqsədini bilmək, anlamaq istəyir. Hətta bunların gerçəkdə olub olmadığına dair qətisübutlar da istəyir. Biz keçmişdə yaşanmış möcüzələri oxuyur vəmaraqlanırıq.Gerçəkdən yaşanıb yaşanmadığına dair əlimizdə dəlil sübutolmadığını da bilirik.Ağızdan ağıza gələnbəzi söyləntilər, anlatmalar, şahid olanların dedikləri qədərini bilirik.

Qudsalkitablarda da bu cür möcüzəvi olaylarageniş yer verilmiş və ayətlərdə də söylənmişdir. Biz yaşanmış möcüzələrə görmədən inanırıq,onların"necə olduğuna” dair isə sual vermirik.

Necəsualına cavab verə biləcək bir çox nəzəriyyələr, fərziyyələr, abstrakt fikirləribizə bəlkə Elm təqdim edə, hətta dəqiqtapıntılar ilə də çatdıra bilər.

Günümüzdəqeri-adi qabiliyyətləri olan çox insan var. Güclərini və qabiliyyətlərini üzəçıxarır, göstərilər hazırlayır, elm adamları tərəfindən çox dəqiq araşdırılıb nəzərdə saxlanılır.

Buqeyri-adi qabiliyyətlər barədə yüzlərlə kitab yazılır, örnəklər göstərilir,elmi çalışmalar aparılır . Laboratoriya çalışmaları, tibbi təcrübəaraşdırmaları da toplumun anlayacağı səviyyədə təqdim edilir. Konfranslarkeçirilir, çalışmalardan nümunələr veriliərək bir çox insanın şahid ola biləcəyigöstərilər də həyata keçirlir.

Buqədər çalışmaya rəğmən, hələlik ağlımıza yatan, bizi bilgi səviyyəsində razısalan dəqiq bir fikrə varılmadığını da bilirik.


İnsanvarlığını anlamaq çok çətindir. Çünki anlamaq üçün insanlığın əlində yetərli dərəcədəmaterial yoxdur. Fəlsəfə, tibb, din, bilim, teologiya kimi bir çox sahə insanıfərqli baxış bucağından araşdırılsa da, hələlik dəqiq va aydın bilgi əldə edilməmişdir.Hər mövzuda nə qədər irəliləsək də, bir çox sualın cavabı hələ tapılmayıb. Bizkainatı araşdırır, başqa planetlər haqqında bilgi toplayırıq, fəqət öz dünyamızın yer altında nələr olduğunubilmirik. Okean dərinlikləri haqqındagerçək bilgilərə əlimiz çatmır. Hələ ki, tam bilgisinə vara bildiyimiz,açıqlamaq üçün yetərli bilgilər əldə etdiyimiz çox az şey var. O az şey də texnologiya irəlilədikcə, anlayışlar dəyişdikcədəyişir.

Yəni,dünya, təbiət, insan, evrən, ruh, möcüzəli olaylar və varlıq haqqında əlimizdəyetərli bilgi yoxdur. Artıq yetərli bilgi aramaqdan əl çəkməyimiz gərəkdiyini dədüşünürük. Çünki yetərli bilgi heç bir zaman olmayacaq. Gəlişən, dəyişənlə birgəbilgilərin də dəyişimə uğrayan olacağını bilməliyik.

Hərarxeoloji qazıntıda yeni bir tapıntıyarast gələndə tarix yenidən yazılır. Hər yeni bilimsəl tapıntıya imzaatıldığında bilimsəl çalışmaların yönü dəyişir, fərqliləşir. Hər yeni planet kəşfedildiyində, kosmos və kainat haqqındayeni bilgilər əldə edirik və əski qəti fiziki bilgilərin dəyişdiyini görürük.İnsan idrakı və anlayışı gəlişdikcə, fəlsəfi mövzuların məzmunu da dəyişir. Hələki, ölüm haqqında belə yetərli bilgiyə sahib deyilik. Bu kimi cümlələri daha daartırmaq mümkündür.

AYİŞƏNƏBİ:Hər dəfə tarix yenidən yazılsa da, fizika qanunları dəyişsə də Əbədi dəyişməz olan, adına Tanrı zərrəciyidediyimiz varlıq, əşyaya və varlığa gücü və varlıq səbəbini bəxş edən öz-mahiyyətolduğu yerində durur.Varlığın titrəşimi də onun gücündəndir.O sonsuz bölünməninyoxluq dövrəsinə girər, idrakımız və gözümüz ekspansiya ilə doymuşkən onugözümüz almaz, tanrı zərrəciyini görmədiyimiz üçün unuduruq.Beləcə, insanvarlığını anlamaq qəlizləşir və anlama yolundan sapır.Hər şeydə sübutaxtarırıq, amma məhdud idrakımızın göz önündə olan sübutları dərk etmədiyini qəbuletmirik.Əslində, hər şey gözümüzün qabağındadır.

KÖVSƏRYAŞILDAŞ: Hər şey dəyişməkdədir. Durmadan dəyşmədə, gəlişmədə və çevrilmədəolan bir evrəndə bəzi şeyləri dəqiq dəlilləri ilə açıqlamaq mümkün olmur. Bizdünya insanları olaraq "gerçək”lərə çata bilərik. Fəqət bu gerçəklərin "Həqiqət”ləriilə hələlik tanış deylik. Bizim "gerçək” ilə "Həqiqət” qavramlarını yaxşı anlamamızvə bu iki qavramı ayırd etməmiz gərəkdir. Hər çatdığımız gerçək Həqiqət olmaya bilər. Gerçək qavramı dəyişəbilər, gəlişə bilər, dönüşə-çevrilə bilər. Həqiqət isə cövhər və özdür. Dəyişməzvə konkretdir. Həqiqət, yansımalar edərək,Gerçəklik görkəminə bürünür. Öz olan Həqiqət qavramı sonsuz dəfəyansımalar edərək, Gerçəklikqavramına bürünürək, dəyişimdə olduğunu ifadə edər. O da var ki, milyonlarla olduğu müəyyən edilən, varılan Gerçəklik Həqiqətinözü olmayacaqdır!

AYİŞƏNƏBİ:Gerçəklik bizim bildiyimiz, varlığının maddi sübutu olan, zaman və məkanabağlı ekspansiyalardır.Həqiqət isə maddi varlığın içində olan, onu diri vəyaşar halda saxlayan ölməz-itməz, bitməz-tükənməz varlığı mütləq olan nəsnədir-candır.Birnöv cismindəki candır.Cisim və can.Hər maddi formanın içində ona mənaqazandıran mahiyyət-öz adlanan Həqiqət-Mütləq vardır.Belə ki, gerçəkliklə Həqiqətgörünürdə eyni ola bilər, amma Həqiqətsiz gerçəklik mümkün deyil, gerçəkliyinmahiyyətində də Həqiqət durur.Həqiqət iç, gerçəklik isə qabıq misalındadır.

KÖVSƏRYAŞILDAŞ:Sualınızın cavabına gəlincə: Təbiətin insan üzərində təsiri qədər,insanın da təbiət üzərində təsiri var. Bunu bilinçli, ya da bilinçli olmayanbir hal ilə edə bilər.

Bilinçliolmayan halı bir az açsaq , insanlarınşüurlarında meydana gələn bənzər "istək və arzu”ların toplam yekununa istinad edəcək şəkildə təbiət üzərində təsirliola bilər. Bunu meydana gətirən, o insanların ehtiyaclarının ortaq nöqtələridir.Ortaq nöqtələrin çoxluğu, təbiət olaylarının meydana gəlişinə bir "hərəkət”qazandıra bilər. Bilim bunu qısaca belə açıqlayır. Əgər bir yerdə özbaşınalıq,nizamsızlıq varsa, o an başqa bir yerdə bir düzən meydana gəlir. Və tarazlıqqorunur. Nizamsızlığın baş verdiyi yerdəinsanların hirsləri, nəfsani hərəkətləri qaba titrəşimlərin ən yüksək həddinə çatmışdırsa mütləq təbiətin tarazlığı pozulmağabaşlamışdır. Təbiət də öz qanunlarını həyata keçirəcəkdir. Tarazlığı qorumaqüçün bu nəfsi və negativ düşüncə enerjilərini nizama salmaq və aradanqaldırmaq üçün özünü yeniləyəcəkdir.Qeyri adi və ard-arda olan, arxasınca gələntəbiət olayları gerçəkləşdiyindəinsanlar bunu cəza olaraq dəyərləndirir. Qısaca: təbiət, özünü yenilərkən,üzərində olan insanlar bunu bir "cəza” kimi anlaya bilır. Əslində bu bir cəzadeyil, Təbiətin təzələnməsidir. Neqativ enerjiləri yox etmək üçün etdiyi cəhddir.Bundan kənarda, Təbiət olayları varlıqlar üçün bir cəza deyil, əslində birmükafatdır. Çünki bu, yaşamın davam etməsini təmin edən bir ərdəmdir. Ən başdada Küləklər, Buludlar, Okeanlar, Çöl qumları, Polenler kimi. Onlar olmasaydı,dünyada eko sistem yox olardı.Toz qoparıb sovururlar, əsib bir yerdən bir yerədaşınırlar, incələyərlər, davamlılığı təminedərlər. Ağır yük daşıyan buludlar ki, onlar tonlarla ağırlıqda olan su buxarısayəsində göy üzündə havadan ağır olduqları halda eləcə dura bilirlər. Onlarardıcıllığı təmin edən ən önəmli təbiət olaylarıdır. Külək və bulud olmadan, həyatınardıcıllığı təmin oluna bilməz. Yazın xəbərçisiqışda yağan qardır. Buzlaqların yaranmasına səbəb olan Çöl fırtınaları ilədaşınan çöl qumlarıdır. Bütün bu baş verəntəbiət olayları insanlar üçün birmükafat olaraq qəbul edilməlidir..

Gələksizin sualınızdakı əsil önəmli nöqtəyə: Təbiətə bilinçli olaraq edilən müdaxilələr.Burada diqqət edilməsi gərəkən ən önəmli nöqtə, insanın təbiət üzərindəki təsiri"hansı məqsədə” xidmət edir? İnsan-lar, bunu edərkən hansı niyyət və planı həyatakeçirmək üçün edir? Sonda nə əldə ediləcək? İnsanlığın xeyirinəmi, yoxsa fəlakətinəmisəbəb olunacaq? Fəlakətə səbəbolacaq ssenariyalar hər gün minlərləfikir ilə ortaya atılır. İçində qondarmafantaziya düşüncələrmi, yoxsa gerçəklikmi var, bunu da bilmirik.

Sizhələ uşaq ikən yaşadığınız, açıqlana bilməyənqeyri adi olayları örnək verdiniz. Hər kəs yaşadığı, buna bənzər qeyir təbii-adiolaylara şahid olmuşdur. Mən dəyaşayıram. Bilimsəl düşüncə tərzinəsahib bir insanam və açıqlana bilməyənşeylər yaşayıram. Bunların hər birini nə qədər açıqlarsaq da Gerçəklik ölçüsündəno yana geçə bilmərik. Hələ ki, Həqiqətini bilmədiyimiz çox şey var.Açıqlanmasını gözləyən həddən çox olay var. Səbəblər ortadadır. Necələrəçatdıq. Fəqət bu niyə və necə suallarının hansı məqsədə xidmət etdiyinədair Həqiqətlərə çata bilmədik.

Dünya,insanların suallarına cavab verən bilgiləri vermir. Qapalı bir qutudur sanki!Niyə qapalı bir qutu olduğunu da bilmirik. Günəş hər gün doğur, dünyanı və yerüzərində yaşayan varlıqları aydınladır. Fəqət suallarımızın cavapları heç cür aydınlanmır. Suallarımızın cavabları,ancaq Gerçəklik təşkil edir. Bəlkə dəxüsusiyyətli və keyfiyyətli suallar verdiyimizdə, cavabların da Həqiqətlərinəvara biləcəyik. Sual vermək bir qabiliyyətdir.Bir insanın ərdəmi, verdiyi sualda gizlidir. Çünki cavablar hər yerdədir. Sual bir maqnit kimidir. Titrəşimi nə kədər yüksəlirsə, həqiqətlicavablar o dərəcədə meydana çıxacaq və Həqiqət cavablarını çəkə biləcək. Bəlkəidraklarımız və anlayışlarımız gəlişdikcə verdiyimiz sualların da keyfiyyətiyüksələcək və aradığımız cavabların Həqiqətlərinə vara biləcəyik.

Sonolaraq bunu söyləmək istərim ki, Dünya, titrəşimi olan bir varlıqdır. Dünyanıntitrəşimini yuxarı, ya da aşağı çəkən də yenə üstündə yaşayan varlıqlardır. Buvarlıqların ən önəmlisi insandır. Çünki şüurludur. Bitkinin və ya heyvanınolduğu mövqeyin dəyişməsi mümkün deyil. Amma insanda dəyişə bilmə qabiliyyətivar, dönüşə bilmə var. İnsan dünya planetini özü ilə bərabər yüksəldə bilər. Bərabəryüksələcək. Bunun üçün haqqediş çox önəmlidir. İnsanların ortalaması çox önəmlidir!Qavrayışlarındakı ortalama dəyərdir bu. Sanıram ki, yavaş-yavaş çatacağız. Siznecə bilirsiniz, Ayişə hanım?

AYİŞƏNƏBİ:Biz bu dəyişimin içindəyik, bu dəyişimin özüyük.Eləcə də bu qavrayışın həmiçindəyik, həm də özüyük.İnsan da planetdir.İnsanla planetin Əsli-Həqiqətieynidir.Hər ikisində dəyişməzlik var və hər ikisi anbaan dəyişir.Doğru dedinizki, insan titrəşimi olan varlıqdır.Bütün varlıqlar titrəşimlidir, amma insanıntitrəşimi aktivdir, məsələn, daşın titrəşimi passivdir.Aktiv titrəşim təbiətintitirəşimi ilə eyni dalğaya düşəndə ahəngdarlıq alınır və güclü tərəf zəif tərəfəüstün gəlir.

Eləcədə təbiətlə insan eyni dalğanı tutanda insan təbiətə təsir edir.Bu ərənlərdəolduğu kimi iman gücü ilə də olur, mistiklərdəki şüur gücü, ya şamanlardakıkimi fərqli səs və atributlarla olur.Ancaq Qurandakı "İnsan zəif yaradılmışdır”cümləsinə görə biz özümüzü çox şeydən məhrum etsək də, o bizi məhdudlaşdırmaqüçün deyil, sadəcə İlahi ilə müqayisədə zəifliyimzi üzümüzə vurur.Çünki ledünelmini bilmrik.Bildiyimiz sadəcə imandan sonra rəhmani əsintilərdir ki, bunu dahələ elmə çevirə bilməmişik.Elm isə addım addım gedir.Dəyişimləri sindirməlidirinsan.Yoxsa Tur dağı kimi paralanar.Amma insan olaraq Turu paralayan ogücü hiss edir və bilirik.Mən insanıngücünə inanıram.

Davamıvar.