adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Iyun 2018 15:12
12689
SAĞLAMLIQ

İnsan alveri ilə bağlı maarifləndirmə turuna start verilib

"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimaiBirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə maarifləndirmə turuna start verir.Bu məqsədlə "Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” adlı maarifləndirməturu barədə tədbir təşkil edilib.

Görüləcək işlər barədə məlumat verən İctimaiBirlik sədri, eləcə də layihə rəhbəri Gülayə Səfərova qeyd edib ki, tədbirlərplanının əsas məqsədi insanları maarifləndirmək, onları həm ölkə daxilində, həmdə ölkədən kənarda təhlükəsizliyinin təmin olunması üçün səfərbər etməkdir.Layihə rəhbərinin sözlərinə görə, son vaxtlar insan alveri məsələsi qlobalproblemə çevrilib və bu bəla Azərbaycandan da yan keçmir. İnsan alveri dedikdəburada vətəndaşların müxtəlif yollarla təhsil, iş adı ilə başqa ölkələrəaparılması, onların həm cinsi, həm də əməyinin istismar olunması, orqantransplantasiyası qurbanına çevrilmək riski kimi başa düşülməliidr. Gülayə Səfərovavurğulayıb ki, layihənin qayəsi də, insanları baş verə biləcək hər hansı təhlükəyəqarşı təlimatlandırmaqdır. Bu səbəbdən xaricə gedən şəxslərin daha çox nəyi bilmələri,hansısa problem olduqda necə davranmaları, hara müraciət etmələri, şəxsi sənədləriqoruması vacib və bilməli olduğu məsələlərdir.

İctimai birlik sədri qeyd edib ki, maarifləndirməlayihəsi çərçivəsində sərhəd-gömrük keçid məntəqələrinə yaxın rayonlara Qusar,Biləsuvar, Qazaxa bir qrup könüllülər ilə birgə turlar təşkil olunacaq. Gənclərhəmin ərazidə insanları layihənin məqsədi ilə tanış edəcək və təlimatlandırıcıbukletlər paylayacaqlar.

Daha sonra çıxış edən DİN-nin insan alverinəqarşı mübarizə üzrə QHT koalisiyasının sədri Mahirə Əmirhüseynova da vurğulayıbki, xüsusiylə qızlarımızın əcnəbilərlə ailə qurmaq arzuları , gənclərin xaricdətəhsil almaq və ya yaşamaq istəkləri çox halda onların həyatını təhlükə iləüz-üzə qoya bilər. Bu səbəbdən valideynlərin də övladları üzərində nəzarətivacibdir.

Ardınca çıxış edənlər Səhiyyə Nazirliyinin əməkdaşıNüşabə Səlimova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzininvitse-prezidenti Hacı Quliyev, Mədəniyyət Nazirliyinin təmsilçisi MəftunəQulamova və başqaları da mövzunun aktuallığını və vətəndaş cəmiyyətinin təbliğatkampaniyasında aktiv iştirakının vacibliyini qeyd ediblər.