İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçiləri açıqlanıb
Böyük Britaniyanın "The Mirror” qəzeti futbol üzrə İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçilərinin reytinqini tərtib edib.
Trend-in məlumatına görə, reytinqə niderlandlı məşqçi Frank de Bur başçılıq edib.
2017-ci ildə "Kristal Pelas” klubuna gətirilən F.de Bur beş matçdan sonra klubdan qovulub. Klub onun rəhbərliyi müddətində 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.
İkinci yerdə fransalı mütəxəssis Jak Santini yer alıb. 2004-cü ildə "Tottenhem”ə təyin olunan J.Santini 13 oyundan sonra istefa verib.
Premyer-liqada işləyən ilk amerikalı məşqçi olan Bob Bredli isə "Suonsi”nin sükanı arxasında 85 gün qala bilib.
Digər Xəbərlər
03 May 2024 22:06
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10