05 Yanvar 2017 11:41
5312
HADİSƏ

İnəyin səbəb olduğu qəza 14 nəfərin həyatına son qoydu

Uqandada inəklə toqquşmaqdan yayınmaq istəyən marşrut avtobus sürücüsü digər avtomobillərə çırpılıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, səkkiz nəfər hadisə yerində, daha altı nəfər isə xəstəxanada ölüb.

Qəza nəticəsində doqquz nəfər yaralanıb. Avtomobillərdən biri tərəfindən vurulan inək də ölüb.