İndoneziyada silsilə zəlzələlər olub
İndoneziyanın Sumatra adasının sahillərində silsilə zəlzələlər baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, Siberut adasının yaxınlığında baş verən ilk zəlzələ 6,1 bal gücündə olub. Yeraltı təkanlardan sonra yaşıl xəbərdarlıq elan edilib. Bu da həlak olanların və iqtisadi dağıntıların olma ehtimalının azlığını təsdiq edir.
Növbəti zəlzələnin 5,9 bal gücündə olduğu və onun episentrinin Cambi əyalətinin Sunqaypenu şəhərindən 168 kilometr qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Bunun ardınca daha beş zəlzələ qeydə alınıb ki, həmin yeraltı təkanların ən güclüsü 6 bal, zəifi isə 4,3 bal gücündə olub.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29