İndoneziyada növbəti dəhşətli zəlzələ
İndoneziyanın Papua əyalətində 5.7 bal gücündə zəlzələ baş verib.
Adalet.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim və Geofizika qurumu informasiya yayıb.
Episentri Sarmi bölgəsinin 28 kilometr cənub-şərqində olan zəlzələ yerin 85 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, bir qədər əvvəl İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində 2103 nəfər həlak olmuşdu.
Digər Xəbərlər
02 May 2024 11:20