İndiyədək “Diqlas”da malı yanan 366 sahibkara pul verilib
Bakının Nizami rayonunda yerləşən "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın verilməsi başa çatmaq üzrədir.
Bunu açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. Nazirlik rəsmisi vurğulayıb ki, bu günə qədər 366 sahibkara maddi yardım ödənilib.
"İndiyədək "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara 2 milyon 137, 2 min manat vəsait verilib. Proses demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə sahibkarlıq subyekti ilə bağlı araşdırma davam etdirilir”.
Qeyd edilib ki, ödənişlər "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Xatırladaq ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara maddi ziyan dəyib.(azvision.az)
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48