adalet.az header logo
  • Bakı -°C
08 Dekabr 2025 12:24
58
ƏDƏBİYYAT
A- A+

"İndi Həsən bəy Zədabi orda restoranın qapıçısı kimi görünür" - Xalq yazıçısı

"İçərişəhərdə Azərbaycan ensiklopideyasının binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. Buna sözüm yoxdur. Orada ensiklopediya olanda onun qarşısında haqlı olaraq Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. Çünki o, mətbuatımızın banisidir. İndi Həsən bəy Zədabi orda restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar ki, "bu kimdir?"

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

Xalq yazıçısı təklif edib ki, həmin heykəl Şəhriyar klubu ilə üzbəüz Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülsün: "Azərbaycanda heykəl köçürmək ənənəsi var. Eyni addım Həsən bəy Zərdabın heykəli üçün də tətbiq olunarsa, bu həm ona olan hörmətimizi nümayiş etdirər, həm də ədalətli bir yanaşma olar ki, mədəniyyət və maarifin simvolu olan bu böyük şəxs restoranın qapısında oturmayıb".