adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2020 07:40
25847
ŞOU-BİZNES

”İmkansız ailələrə yardım edək” çağrışına müğənnilərdən reaksiyalar...

"Müğənnilərinəlinə şans düşüb. Biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnıoxumaq, konsert vermək vaxtıdı? Hamı bilir ki, bu xəstəlik yayılıb. Hamı evdəqalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir də... İnsanlarakömək edin”.

Adalet.azxəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova instaqramda canlı yayımabağlanarkən qeyd edib.

Uzunillərdir Rusiyada yaşayan ifaçı həmkarlarının karantin rejimindəki fəaliyyətinitənqid edib. Rəqsanə qeyd edib ki, sənətçilər sosial yardıma ehtiyacı olanlarayardım göstərmirlər:

"14-15min dollar toy pulunuzdan 1 qəpik də enmirsiz. İndi niyə camaata yardımetmirsiz? Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, köməküçün yalvarmaqdan utanıram. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlılarınvəziyyəti pisdir, çatdıra bilmirik.

Bugün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Milyon nəfərvar ki, toylarında çıxış etmisiz. Zəng vurmaq çətindir? Hələ çətin vəziyyətdəinstaqramda yemək görüntüləri paylaşırsız. Ərzaq yardımı kənara qalsın, buradakörpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır”.

Qeydedək ki, R. İsmayılova 893 ailəni ərzaq və qida ilə təmin edib.

MüğənniGülay Zeynallı da acıqlaması ilə həmkarınadəstək olub. O, verilişlərin birində qonaq olub.və imkansızlara yardım etməkdən danışıb. O,bildirirb ki, əgər müğənni xalqdan qazanırsa, imkansız ailələrə də kömək etməlidir:"Allah ruzini yetirəndə baxmır ki, sən evdəsən ya çöldə. Baxırsan ki,oturub evində, qapısı döyülür ona kimsə yardım gətirib. Bunu Allah yetirəndəyetirir. Biz nəinki bu günlərdə, hər zaman belə insanlara kömək etməliyik.Çünki biz ruzini toydan, bayramdan, bu torpaqdan, xalqdan qazanırıqsa, onlarada xərcləməyi bacarmalıyıq. Elə zinyət əşyalarımız, elə geyimlərimiz var ki,onları istifadə edə bilmirik. Görürsünüz, hamımız oturmuşuq. Ona görə insan gərəközü ilə bərabər qarşısındakını da xoşbəxt etməyi bacarsın".

Amma…. Rəqsanənin bəzi ittihamları Xalqartisti Tünzalə Ağayeva boğzaından kecməyib.Bu səbədən Tünzalı xanımla müğənni Rəqsanəarasında qalmaqalar davam edir.

Belə ki, xalq artisti Fransız yazıçısıDeni Didroya aid olan sözlər paylaşım edib:


"Xoş deyil kimsəni məzəmmət etmək,

Bilmədən, görmədən həqarət etmək.

"Yaxşılıq" təqdirəlayiqhərəkət,

Minnətsiz olması böyük məharət!


Allah dagizlidir, əsl mərhəmət,

Əməlsahibinə verilən qiymət.

Yalnız yaxşılıq etmək kifayət deyil,

Yaxşılığı incəliklə etmək də vacibdir".


Tünzalə daha sonra paylaşımına Rəqsanəilə bağlı yazılan şərhlərə bəyəni işarəsi qoyub.

Xatırladaqki, Rəqsanə həmkarını, o cümlədən Tünzalə Ağayevanı xalqa kömək etməməkdəgünahlandırmışdı:

"Xalq artisti adını sizə niyə görə veriblər? Bu xalqın sevimlisi olduğunagörə. Xalq artisti adını alanlar, köməklik edin. Bu günlərdə həmrəy olun. Evdəoturub, şokolad mağazası açmaqla deyil. Əziz Tünzalə xanım, şokolad mağazasıaçmısan, halal xoşun olsun. Mən sənin sənətini də, özünü də çox istəyirəm. Müğənnilərinevlərinə şokolad paylayıb, reklam etməkdənsə, səni Xalq artisti adına layiq görənbu millətin evinə payla, qoy kiminsə balasının ağzı şirin olsun. Müğənni onsuzda hər gün şokolad yeyir, onların şokolada ehtiyacı var? Bağlatdır 10 qutu,göndər 10 nəfər yetimin evinə. Sizin onsuz da yetərincə reklamınız var".

Əvvəlcəsənətçinin prodüseri Yalçın Cabbarov açıqlama verərək T. Ağayevanın daimxeyriyyə addımları atdığını söyləyib. Daha sonra sənətçi sosial şəbəkədə ona dəstəkolan insanların statuslarını "story”də paylaşıb, Rəqsanənin üzr istəməsinieyham edib.

Deyəsən, qalmaqal böyüyür... 


Əntiqə Rəşid