adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Iyul 2018 11:30
14691
MƏMLƏKƏT

İLQAR CƏLİLOV, ELƏ BİL EVİNİ ERMƏNİLƏR YANDIRIB

Qaxda İlqar Cəlilov adlı bir Qarabağ qazisinin evi yanıb.FHN komissiyası yanğın hadisəsi ilə bağlı belə bir rəy verib ki, ev Qax elektirikşəbəkəsinin səhlənkarlığı səbəbindən yanıb və Qarabağ qazisinə 61 min manat ziyandəyib. Qazi də düz üç ildir məhkəmələrdədir. Məhkəmələr də qərar çıxarıb ki, elektrikşəbəkəsi həmin təzminatı ödəməlidir və üç ildir get-gəldədi. İndi məsələ gəlib çıxıbAli Məhkəməyə. Kəsəsi, qazi üç ildir halalhaqqını ala bilmir.

Əsəbləşmə dostum,heç vecinə də alma. Sən Qarabağda vuruşmusan, yaralanmısan, qazi olmusan. Orda yananevləri də görmüsən. Elə biri mənim evim, yanıb və bütün nəslimlə. Olur belə şeylər.

Sənget şikayətini geri götür. Elə bil bizlərdən birisən, evini erməni yandırıb. Səlahiyyətlişəxslərə bu xəbəri oxumağı qəti qadağan edirəm. Amma Ali Məhkəmənin hakiminə qadağaneləmirəm.