29 May 2025 11:37
237
DÜNYA

İlon Mask missiyasını başa vurur

ABŞ hökuməti effektivlik departamentinin rəhbəri İlon Mask bu gün bəyan edib ki, onun xüsusi dövlət məmuru vəzivəsində fəaliyyətinin müddəti başa çatır.

 Mask həmçinin Birləşmiş Ştatların prezidenti Donald Trampa, ona "hökumətdə izafi xərclərin azaldılmasına" imkan yaratdığına görə təşşəkkür edib.

 "Mənim xüsusi dövlət məmuru vəzifəsində fəaliyyətim başa çatır. Prezident Donald Trampa mənə missiyamı yerinə yetirmək imkanı yaratdığına görə təşəkkürümü bildirim. DOGE-nin fəaliyyəti getdikcə daha da güclənəcək"- deyə milyarder X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 Rüstəm Hacıyev