İlham Zəkiyev: Sevinirəm ki, medalsız qalmadım
Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim.
Adalet.az məlumatına görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib.
O bildirib ki, amma yenə də medalsız qalmadım:
"Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37