adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 May 2015 12:48
4617
MƏMLƏKƏT

İlham Nağıyev: “Heç kim işdən çıxarılmayacaq”

Təhsil Nazirliyinin İnsanresursları şöbəsinin müdir müavini İlham Nağıyevin APA-ya müsahibə verib.O, müsahibəsində müəllimlərin işə qəbulu ilə bağlı bir sıra məqamlara aydınlıqgətirib.  Nazir müavini qeyd edibki,  təhsil naziri Mikayıl Cabbarovunəmri ilə müəllimlərin işə qəbulu və yerdəyişməsi haqqında qaydalar təsdiqlənib:"Qaydalar özü-özlüyündən bir rayon (şəhər) daxilində bir məktəbdən digərməktəbə yerdəyişmə, həmçinin bir rayonda (şəhər) başqa rayona (şəhər)dəyişməsini əks etdirir. Burada yeni işə qəbul olmaq istəyən müəllimlər üçün dəqaydalar yer alıb. Bu il 1-10 iyun tarixlərində müəllimlərin yerdəyişməsininaparılması  nəzərdə tutulub. İyulun 1-15 aralarında isə müəllimlərin işəqəbulu aparılacaq. Bu proses tam elektronlaşdırılıb. Yəni, işə qəbul üçün hər birnamizəd müvafiq səhifədə məlumatları doldurur, istədiyi vakant yeri seçir,sonra Təhsil Nazirliyi tərəfindən imtahana dəvət olunur. Imərhələdə onlar üçün test, II mərhələdə isə müsahibə keçirilir. Testimtahanından keçənlər müsahibəyə dəvət olunurlar. Yekun nəticədə hər birmərhələdən uğurla keçən müəllim işə qəbul edilir. Müəllimlərin işə qəbulu üzrəiyulun 1-də başlayacaq müsabiqə avqustda yekunlaşacaq”.

 

 Bu ilki vakant yerlər barasində danışan İ.Nağıyevbildirib ki, vakansiyaların sayı 3 mindən çoxolacaq: "Yalnız Bakının özündə müxtəlif fənlər üzrə 500-dən vakant yer ayrılıb.Digər yerlər isə respublikanın müxtəlif şəhər və rayonlarını əhatə edir.Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlər arasında hər zamanibtidai sinif, dil ədəbiyyat və ingilis dili müəllimləri üstünlük təşkil edir. Məsələn,ötən il müsabiqədə iştirak üçün sənəd verən 20 min namizəddən 6 minə yaxınıyalnız ibtidai sinif müəllimləri olub. Vakansiyalara gəlincə, ölkə üzrəxüsusilə bölgələrdə daha çox  kimya, fizika, biologiya, coğrafiya fənləriüzrə müəllimlərə böyük ehtiyac var. Bakıda isə Rus bölməsində ibtida sinifmüəllimliyi əsas lazım olan və müəllimə ehtiyacı olan fəndir”.

 

 

 Nazir müavini müəllimlərin dərs yükü ilə bağlıortaya çıxan suallara da aydınlqı gətirib: "Bu ildən Bakıda sınaq qiymətləndirmədənkeçən müəllimlərin dərs yükü norması 18 saat müəyyənləşib və əməkhaqları bunauyğun olaraq 1,5 dəfə artıb. Amma bu, o demək deyildi ki, bütün müəllimlərin 18saat dərs yükü var. Məsələn, paytaxtda 12, 14 saat dərs yükü olan müəllimlər dəvar. Hazırda bölgələrdə də belə vəziyyət mövcuddur. Ötən il bölgələr üzrə dərsyükü norması 6 saat götürülmüşdüsə, bu il 12 saat olub. Bölgələrdə bu gün 12saatdan az dərs yükü olan kifayət qədər sayda müəllim var.  İstəyirik ki,vakant yer müsabiqəyə təqdim edən zaman hər bir müəllimin 12 saat dərsi olsun,ondan sonra hansısa boş yer vakant olaraq çıxarılsın. Bu gün tələb edirik ki,bölgələrdə 12 saatdan az dərs deyən müəllimlərin dərs yükü artırılsın. Müəllimordusu kifayət qədər böyükdür. Təhsil Nazirliyinində tapşırığı var ki, dərs yükünün optimallaşdırılması üçün heç kim işdənçıxarılmasın. Bu, müəyyən zaman alan prosesdir”.