adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Aprel 2016 14:38
60300
MÜSAHİBƏ

İlham Məmmədov: “Seçicilərimlə şəxsi tanışlığım var” - MÜSAHİBƏ

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən,xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə beləsəadət nəsib olur: xalqını, onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisənövbəti seçki keçirildi.

Beləliklə, Adalet.az saytının "Yeni Mandat”rubrikasının bugünkü qonağı 48 saylı Yevlax Seçki Dairəsindən millət vəkiliseçilən İlham Məmmədovdur.

-İlham müəllim, ilk öncə cəbhəxəttində baş verən son olaylara münasibət bildirməyinizi istəyərdik.

-Atəşkəs elan olunduqdan bu günə kimi cəbhədə beləböyük bir həmləli döyüş olmamışdı. Biz Azərbaycan ordusunun müdafiə gücünün nələrəqadir olduğunu görürük. Əgər Ali Baş Komandanımız əmr versə, bu gün axşam Xankəndinialmağa hazırıq. Torpaqlarımızı işğaldan azad etməyə ordumuzun həm gücü və həm dədöyüş əhval-ruhiyyəsi çatır. Cəbhəyanı bölgələrdə yaşayan insanlar, bütün Azərbaycanböyük ruhdadır. Bu gün yürüş edib Qarabağımızı erməni işğalından azad etməyəhazırıq. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndiətrafındakı yüksəkliklər, eləcə də Tərtər istiqamətindəki Seysulan məntəqəsidüşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindənqorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdəsaxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyi dəbölmələrimizin nəzarətinə keçib. Ali Baş Komandanımız Təhlükəsizlik Şurasınıniclasında da qeyd etdi ki, işğaldan azad etdiyimiz yüksəkliklər çox böyükstrateji əhəmiyyətə malikdir. Bu qələbə münasibətilə Azərbaycan ordusunu vəxalqımızı, millətimizi təbrik edirəm.

-Sizcə, cəbhədə baş verənlərerməni təxribatıdır?

-Əlbəttə, bu düşmənin növbəti təxribatıdır. Bu təxribatheç də səbəbsiz deyil. Son illərdə Azərbaycanın gücü, dünyada söz sahibiolması, cənab prezidentin uğurla apardığı daxili və xarici siyasət, Avropada,ABŞ-da və dünyada Azərbaycanın müsbət imicinin formalaşması Ermənistanı təşvişəsalıb. Onlar öz havadarlarına arxayın olaraq bu təxribatı törətdilər. Ammagördülər ki, xalqın və onun oyanmış milli ruhu qarşısında heç havadarları daköməyə gələ bilməz. Ermənilərin havadarları da bu gün əl-ayağa düşüblər.ATƏT-in Minsk qrupunun bu günə qədər verdiyi bəyanatlardan görünür ki, onlar əməliiş görmürlər. Əməl işi yalnız Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız vəonun güclü, qüdrətli ordusu görəcək. Erməni silahlı qüvvələri əgər bir daha beləbir təxribata əl atacaqsa, layiqli cavablarını yenə də alacaqlar. Onlar dafikirləşsinlər ki, bizim torpaqlarımızı işğal edən özləridir.

-İlham müəllim, regiondabaş verən siyasi gərginliklə bağlı nə deyə bilərsiniz?

-Bu gün dünyada qlobal gərginlik var. Siyasi və onun nəticəsiolan problem yaşanır. Artıq dünyada ikili standartlar adi həyat normasınaçevrilib. Ədalətin pozulması göz qabağındadır. Vəziyyətin belə olması təbii ki,Azərbaycanın da yerləşdiyi regionda bir sıra problemlər yaradıb. Yeni ocaqlar əmələgəlib. yaxın Şərqdə olan müharibələr, toqquşmalar, böyük güclərin iqtisadi vəsiyasi maraqlarının toqquşması kontensində olan məsələlər bütün dünyanıqarışdırıb. Dünyanın ictimai siyasi mənzərəsi çox gərgindir. Bütün bunlarıniçində Azərbaycan bu gün məhz möhtərəm prezidentimizin çox ağıllı, cəsarətli,müdrik siyasəti nəticəsində bu siyasəti qoruyur. Bizi çox narahat edən məsələRusiya ilə Türkiyə ilə olan münasibətdir. Hər iki ölkə ilə münasibətlərimizvar. Azərbaycan iki ölkə arasında yaranan soyuq münasibətin qısa bir zamanda özmüsbət həllinin tapmasının tərəfdarıdır.

-Seçicilərinizlə tez-tezgörüşürsünüz?

-Bəli. Yevlaxda seçicilərimlə müntəzəm görüşlərimolur. Artıq onlarla millət vəkili vətəndaş kimi deyil, yaxın tanış kimi görüşürəm.Seçicilərimin böyük əksəriyyətini şəxsən tanıyıram.

-İlham Məmmədovun seçicilərininnə kimi problemləri var?

-Problemlər çoxdur. Bu problemləri müxtəlifkateqoriyaya bölmək olar. Məişət, sosial, şəxsi müraciətlər olur. Sonzamanlarda olan müraciətlərdən ən çoxu işsizliklə bağlıdır. Təbii ki, bu gün buproblem o qədər qabarıq görünməsə də, işsizlik problemi var. Bunun həlli üçünmüəyyən addımlar atılır. Bu gün torpağa bağlılıq istənilən səviyyədə deyil. Buda işsizlik probleminə müəyyən rəvac verən amillərdəndir. Cənab prezidentin həyatakeçirdiyi sosial siyasət nəticəsində vətəndaşlar müəyyən sosial yardımlar alır.Sosial yardım məsələsində də baxırsan ki, vətəndaşlarda müəyyən arxayınlıqyaranır. Mən düşünürəm ki, vətəndaşların torpağa bağlılığı bu və ya digər dərəcədəartırılmalıdır. Bundan əlavə hər kəs öz bildiyi, bacardığı işlə məşğulolmalıdır. Sənətkar sənətkarlığı ilə, əkinçi əkinçiliklə ilə məşğul olmalıdır.Əkinçi bilməlidir ki, istehsal etdiyi məhsulu bazara çıxara biləcək. Onunsatışından mənfəət götürəcək.

-Bu günə kimi seçicilərinizinproblemlərinin həllinə nə dərəcədə nail olmusunuz?

-Mənim Milli Məclisdə fəaliyyətim 15 ilə bərabərdir.Artıq müəyyən təcrübə toplamışıq. Eyni zamanda, mən, uzun müddət Yevlaxdayaşamışam, həkim işləmişəm, Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi işləmişəm.YAP Yevlax rayon təşkilatının sədriyəm. Bu insanları deputat-seçki münasibətlərindəyox, yuxarıda da qeyd etdiyim kimi, şəxsi münasibətdə də tanıyıram. Müraciətlərçox olur. Deputat kimi çalışırıq ki, bütün seçicilərin problemi ilə maraqlanaq,onların həllinə nail olaq. Bu yaxınlarda bir seçicim böyrək çatışmamazlığı iləbizə müraciət etmişdi. Səhiyyə Nazirliyinə müraciət etdim. Problem öz həllinitapdı. Bundan əlavə vətəndaşların dam örtükləri digər sosial problemləri öz həllinitapıb.

-Deputata dam örtüyü iləbağlı müraciətlər edirlər?

-Əvvəlki çağırışlardan fərqli olaraq bu səpkili müraciətlərçox azalıb. Çünki rayon icra hakimiyyəti insanlarla sıx işləyir. Rayon rəhbərliyivətəndaşlarla səyyar görüşlər keçirir. Vətəndaşlar problemlərini rayon rəhbərliyinindiqqətinə çatdıra bilir.

-Yevlax rayonunda müxalifətləmünasibətiniz necədir?

-Müxalifətlə çox konstruktiv münasibətimiz var. Hamısıyerli sakinlərdir. Bu insanlar da yerlilərimizdir, kosmosdan gəlməyiblər.Onlarla söhbət edəndə məni qane edən məsələlər olur. Görürəm ki, onlar dünyadagedən prosesləri analiz edə bilirlər. Bu müsbət haldır.


Ədil Ədilzadə