İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir - YENİLƏNİB
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, Azərbaycan xalqına, o cümlədən bu hadisə nəticəsində faciəvi şəkildə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Beynəlxalq Avtomobil Federasiyasının bütün ictimaiyyəti belə bir çətin zamanda xalqınızla birgə bu kədəri bölüşür. Bu faciənin gətirdiyi ağrı-acı və itki ilə üzləşdiyiniz vaxtda düşüncələrimiz Sizinlə və hadisə nəticəsində zərər görən insanlarladır.
Bu cür anlarda sözlər bəzən acizdir, lakin ümidvaram ki, beynəlxalq ictimaiyyətin həmrəyliyi müəyyən qədər təsəlli verir. Belə çətinliklər qarşısında Azərbaycan xalqının cəsarətli və dözümlü olması hamımızı ruhlandırır.
Şəxsən öz adımdan və Beynəlxalq Avtomobil Federasiyası ailəsi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm. Qəlbimiz həlak olanların ailələrinin və Azərbaycanda, onun hüdudlarından kənarda bu kədərli anları yaşayan hər bir kəsin yanındadır. Əminik ki, həyatını itirənlərin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır”.
***
13:31
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Adalet.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram.
Digər Xəbərlər
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07


Bakı -°C

