İlham Əliyev və Ərdoğan görüş yerini eyni avtomobildə tərk etdilər - VİDEO
Xəbər verdiyimiz kimi, aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.
Adalet.az xəbər verir ki, görüş zamanı Ərdoğan tərəflərin ticarət, enerji və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq əzmində olduqlarını bildirib. O, Ankara və Bakının yaxın gələcəkdə atmaq niyyətində olduqları konkret addımların bu məqsədə çatmağa kömək edəcəyini qeyd edib. İrandakı münaqişə ilə bağlı Ərdoğan söyləyib ki, Türkiyə və Azərbaycan bunun mənfi nəticələrini yaşayır.
O, həmçinin, vurğulayıb ki, Ankara Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq səylərini alqışlayır və bu prosesi dəstəkləməyə davam edəcək.
Görüşdən sonra Azərbaycan və Türkiyə prezidentləri eyni avtomobildə məkanı tərk ediblər.
Digər Xəbərlər
18 Aprel 2026 12:52
İlham Əliyev- Rusiyaya üzr istədən yeganə adamdır – Politoloq
18 Aprel 2026 12:38
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
18 Aprel 2026 12:37
"Geosiyasi qeyri-sabitlik Orta Dəhlizin əhəmiyyətini artırır" - Elçin Əmirbəyov
18 Aprel 2026 12:25


Bakı -°C

