İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovaya təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş münasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayında Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.
Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə daha da dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuz bunun üçün yaxşı zəmin yaradır.
İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər Xəbərlər
19 Aprel 2026 00:00
Meloni Azərbaycana gələcək
18 Aprel 2026 22:00
Azərbaycanla D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
18 Aprel 2026 21:00
Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə etdilər - FOTO
18 Aprel 2026 17:54
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO
18 Aprel 2026 12:52
İlham Əliyev- Rusiyaya üzr istədən yeganə adamdır – Politoloq
18 Aprel 2026 12:38
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
18 Aprel 2026 12:37
"Geosiyasi qeyri-sabitlik Orta Dəhlizin əhəmiyyətini artırır" - Elçin Əmirbəyov
18 Aprel 2026 12:25


Bakı -°C

