İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Adalet.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəyə səfəri məmnunluqla xatırlanıb.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulanıb.
Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirildi, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olunub.
Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunulub.
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin Sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər

Qurbanqulu Berdiməhəmmədov: TDT qardaş xalqların təşkilatıdır

Ersin Tatar: Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir

Qəbələ bəyannaməsi imzalandı

"Qəbələdə ortaq irsimizin və güclü birliyin təntənəsini görürük"

"Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir" - Şavkat Mirziyoyev

Prezident TDT-nin 12-ci Zirvə Görüşündə çıxış edib - VİDEO - YENİLƏNİB

Dostluq münasibətləri əməkdaşlığın inkişafına töhfə verir
