adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2016 16:26
4967
SİYASƏT

İlham Əliyev Poroşenko ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev İstanbula işgüzar səfəri çərçivəsində Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb.

Adalet.az Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Poroşenkonun Bakıya səfərinin hazırlıq məsələsi müzakirə edilib.

Dövlət başçıları yaxın vaxtlarda iqtisadi-ticarət əməkdaşlığı üzrə Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının keçirilməsi barədə razılıq əldə ediblər.