İlham Əliyev Müctəba Xameneyini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm Ayətullah Xameneyi həzrətləri.
İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.
Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm".
Digər Xəbərlər
01 May 2026 18:55
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
01 May 2026 18:38
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər
01 May 2026 17:51
Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar
01 May 2026 17:18
Hikmət Hacıyev: Avropa Parlamentinin qəbul etdiyi qərarların...
01 May 2026 16:05
"Azərbaycan regionda sülhə can atır" - Hikmət Hacıyev
01 May 2026 16:04
"Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub" - Prezidentin köməkçisi
01 May 2026 15:04
Türkiyə səfiri: Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinirik
01 May 2026 14:33


Bakı -°C

