İlham Əliyev Litva Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
02 Oktyabr 2026 16:30
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
02 Oktyabr 2026 16:10
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
02 Oktyabr 2026 15:48
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır
02 Oktyabr 2026 15:33
YAP-ın Təftiş Komissiyasının hesabatı təqdim olundu
02 Oktyabr 2026 13:52
Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir – Politoloq
02 Oktyabr 2026 12:48
"YAP Cənubi Qafqazın ən qüdrətli partiyasıdır" - Musa Quliyev
02 Oktyabr 2026 12:46
"YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir" - Arif Rəhimzadə
02 Oktyabr 2026 12:09


Bakı -°C

