İlham Əliyev Kuba liderinə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının Sədri Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.
Adalet.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Sədr,
Kuba Respublikası Dövlət Şurasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.
Digər Xəbərlər
29 Aprel 2024 11:20
Arutyunyan hansı sirləri açıb?
29 Aprel 2024 11:04Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”
29 Aprel 2024 10:40Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO
29 Aprel 2024 10:29İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34