İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.
Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulandı.
Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edildi. Bu xüsusda vurğulandı ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olundu.
Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirdi.
Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
25 May 2026 20:00
Azərbaycan dünya arenasında böyük uğurlar qazanıb - Tokayev
25 May 2026 19:26
Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
25 May 2026 17:22
Si Cinpin Prezidenti təbrik etdi
25 May 2026 17:00
Putin Azərbaycan xalqını təbrik etdi
25 May 2026 16:33
"Kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq bizi düşündürür" - Dövlət başçısı
25 May 2026 16:23
Prezident tapşırıq verdi - Azərbaycan 100 faiz özünü təmin etməlidir
25 May 2026 16:22
"Hökumətə tapşırıram ki, vəsait tapılsın və..." - Dövlət başçısı
25 May 2026 16:21


Bakı -°C

