adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Fevral 2019 11:36
16586
SİYASƏT

İlham Əliyev həmsədrləri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Adalet.az xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, grüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsiaparılıb.