İlham Əliyev Gerasimovla hərbi əlaqələri müzakirə edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.
AzVision.az xəbər verir ki, Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bu seçkiləri xalqın dövlətimizin başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edildi, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.
Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlıq etdi.
Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirdi və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52