İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib
Avqustun 29- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.
Adalet.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlətimizin başçısı Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni Baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Digər Xəbərlər
06 May 2024 13:19
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB
06 May 2024 13:00"Şounun iştirakçısı" olma, şoumenlər ölkəsinin vətəndaşı qal, bu yetər!
06 May 2024 12:57Prezident bu Sazişi təsdiqlədi
06 May 2024 12:53Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı
06 May 2024 06:01