İlham Əliyev bu şirkətlərin rəhbərlərini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğuladı. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxundu.
Dövlətimizin başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd etdi.
Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparıldı, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Vurğulandı ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edildi ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

