adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 May 2016 18:45
60819
MƏDƏNİYYƏT

İki gecə bəs edərmi?

Etibar CƏBRAYILOĞLU

Nəcəf bəy Vəzirov adınaLənkəran Dövlət Dram Teatrının Bakı qastroluna söz ardı 

 Rayonlarda fəaliyyətgöstərən teatrlarımız Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə vaxtaşırıBakıya qastrola gələrək yaradıcılıq hesabatı verirlər. Nəcəf bəy Vəzirov adınaLənkəran Dövlət Dram Teatrı belə bir imkandan yararlanaraq yolunu paytaxtdan saldı.Son illər müxtəlif beynəlxalq festivallarda uğurla çıxış edən bu istedadlıkollektiv qonaqlarını Dövlət Gənc Tamaşaçılar Teatrında qarşıladı.

 

Birinci gecə-"Ruhlar"

 

Qastrolun birinci günüLənkəran Dövlət Dram Teatrı İtaliya neorealizminin banisi, dramaturq Eduardo deFilipponun "Ruhlar" komediyasını təqdim etdi. Tamaşaya teatrın başrejissoru Tural Mustafayev quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayev,musiqi tərtibatçısı Telman Qəniyevdir.

"Ruhlar"insanın həyatda yerini tapmaq uğrundakı mübarizəni əks etdirir. Əsərin çox sadəsüjet xətti var - böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşanşayiələr ucbatından bu imarəti icarəyə verməkdə çətinlik çəkir. Nəhayət o,bütün bu gəzən söz-söhbətə son qoymaq üçün malikanəni yeni evlənmiş cütlüyə təmənnasızkirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu saraydahəyat yoldaşı Mariya (Aynur Əhmədov) ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanıPaskuala (Əbülfəz Axundov) şəhər sakinlərini inandırmalıdır ki, evdə heç birruh yoxdur.

Paskuala Alfredo (TərlanAbdullayev) ilə bağladığı "saziş" barədə arvadına heç nə demir. Ammanəticə etibarı ilə o, arvadının məşuqunu (Əməkdar artist Adil Zeynalov)ruhlara  bənzətməklə gülünc vəziyyətədüşür. Hadisələr bir-birini əvəz etdikcə tamaşaçı Paskualanın pula, sərvətə görənecə alçaldığının şahidi olur.

Aktyor Əbülfəz Axundovzavallı, miskin Paskualanın pula hərisliyini, simasızlığını və mənəviyyatsızlığınıbacarıqla göstərməklə mürəkkəb obrazın öhdəsindən gəlməyə çalışır.

Lənkəran Dövlət DramTeatrının nəzdindəki studiyanın yetirmələri Tərlan Abdullayev və Gülər Kərimovaöz ifaları ilə Əməkdar artist Adil Zeynalov, Qızılgül Quliyeva, MiraslanAğayev, Aynur Əhmədova, Niftulla Əsgərov kimi təcrübəli, müxtəlif xarakterliobrazlar oynamış aktyorlardan ibarət ümumi ansambldan geri qalmadıqlarını göstərməkistəyirlər. Gənclər bu istəyinə nail olurlar.  

Tamaşanın yaradıcı heyətiseyrçilərin diqqətini günümüzlə səsləşən məsələyə yönəldir. Cəmiyyətdəki sosialproblemlərə, maddi sıxıntılara baxmayaraq insan hər zaman müqəddəs dəyərləri, mənəviyyatınıqorumağı bacarmalıdır. Əks halda ətrafdakıların gülüş hədəfinə çevrilərək məhvola bilər...

Yeri gəlmişkən, Lənkəransəhnəsində hazırlanan "Ruhlar" tamaşası I Şəki Beynəlxalq Teatr Festivalındauğurla nümayiş olunub və təşkilat komitəsinin diplomu ilə mükafatlandırılıb.

Bakı qastrolununbirinci günü  oynanılan tamaşanı mədəniyyətvə turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, parlamentinkomitə sədri Hadı Rəcəbli, teatr ictimaiyyətinin nümayəndələri, əslən cənubbölgəsindən olan ziyalılar maraqla izlədilər.

 

İkinci gecə- "İlanSultan"

 

Qastrolun növbəti günüLənkəran Dövlət Dram Teatrının aktyorları daha bir maraqlı səhnə əsəri iləpaytaxt tamaşaçılarının qarşısına çıxdılar. İranlı yazıçı Bəhram Beyzayinineyni adlı əsəri əsasında hazırlanan "İlan Sultan"  tamaşası iki gəncin saf məhəbbətindən, mürəkkəbvə gözlənilməz hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edir. "İlanSultan"a müəllifin vətənindən dəvət edilən gənc rejissor Xeyrullah Təqyanipurquruluş verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi (İran),  quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısıisə İlqar Əliyevdir.

Tamaşada  əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev(Salnaməçi), aktyorlardan Sayad Əliyev (İran Sultan), Aynur Əhmədova (Nigarxanım), Qızılgül Quliyeva (Dayə), Miraslan Ağayev (Vəzir), Əlibala Əsgərov(Şah), Emin Fərzullayev, Emil Rzayev (Divlər), Tərlan Abdullayev (Darğa),Nizami Qurbanov (Təlxək), Gülər Kərimova, Şəbnəm Hüseynova (səfirlər) ifa edirlər.Maraqlı səhnə əsəri gənclərdə vətənpərvərlik hissi aşlayır, dövlətin, torpağınmüqəddəs bir nemət olduğunu diqqətə çatdırır.

Aktyorlardan əvvəl səhnəyədəvət edilən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin MədəniyyətMərkəzinin rəhbəri İbrahim İbrahimi həmvətəni Bəhram Beyzayinin qələmə aldığı əsərinLənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulmasını mühüm mədəni hadisələrdənbiri kimi xarakterizə etdi. Ağayi İbrahimi bu istedadlı kollektivlə gələcək əməkdaşlıqdamaraqlı olduqlarını bildirdi və birgə layihələr həyata keçirmək istəyindəolduqlarını dedi.  

Qeyd edək ki,"İlan Sultan" tamaşası bu ilin yanvarında İran İslam Respublikasınınpaytaxtı Tehranda  ənənəvi keçirilən BeynəlxalqFəcr Teatr Festivalı çərçivəsində qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərindəuğurla oynanılıb. Quruluşçu rejissor Xeyrullah Təqyanpur festivalda "Ənyaxşı rejissor işi" nominasiyasının qalibi olub. 

Teatrın direktoru TofiqHeydərov bizimlə söhbətdə iki günlük Bakı qastrolunun yekunlarını müsbət qiymətləndirdi:"Tələbkar Bakı tamaşaçıları, hörmətli sənət müəllimlərimiz, teatr tənqidçiləriqarşısında çıxış etmək bizim üçün böyük məsuliyyətdir. Çox şadıq ki, iki gün ərzindətamaşaçılar kollektivin ərsəyə gətirdiyi səhnə əsərlərini maraqla qarşıladılar.Bu şəraiti bizə yaratdığı üçün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinəminnətdarlığımızı bildiririk. Gündəlik işimizdə nazirliyin diqqət və qayğısınıdaim hiss edirik. Qastrolun ilk günü hörmətli nazirimiz Əbülfəs Qarayev, nazirmüavini Ədalət Vəliyev tamaşamıza gələrək bizə mənəvi dayaq oldular.

Lənkəran Şəhər İcraHakimiyyətinin başçısı Taleh Qaraşov da kollektivdən diqqət və qayğısını əsirgəmir.Biz də yaradılan şəraitdən ruhlanaraq ölkəmizin mədəni həyatına, teatr sənətinininkişafına öz töhfələrimizi verməyə çalışırıq. Tez-tez Azərbaycanı vərayonumuzu beynəlxalq festivallarda uğurla təmsil edirik. Qonşu İran İslamRespublikasında və Türkiyədə keçirilən teatr festivallarından yeni dəvətləralmışıq. İstəyirik ki, həmin festivallarda da seçilən teatrlardan biriolaq".

Son illər maraqlı səhnəəsərləri ilə yenidən diqqət mərkəzinə düşən Lənkəran Dövlət Dram Teatrının ikigünlük Bakı qastrolu uğurla başa çatdı. Bu istedadlı kollektivin yaradıcılıqyeniliklərinə baxmaq üçün iki gecə bəs edərmi?

Deməli, növbəti görüşlərigözləmək lazımdı...