İKİ DANA SAT, "JİQULİ" AL...

Bugünkü avtomobil bolluğunda insanlar çalışırlar ki, nəyin bahasına olursa-olsun hər hansı bir nəqliyyat vasitəsini əldə eləyə bilsinlər. Burda heç bir qəbahət yoxdur. Kim hansı maşını alırsa, sağlığına qismət! Bir balaca babat pulu olanlar istər-istəməz xarici markalı avtomobillərə daha böyük maraq göstərirlər. Bir də ki, varlığa nə darlıq. Pulun varsa, istənilən bahalı xarici maşını almaq o qədər də çətin iş deyil.
Amma elə adamlar da var ki, palaza bürünüb elnən sürünmək üçün dəridən-qabıqdan çıxırlar. Görür ki, qonşusu, qohumu bahalı bir maşın alıb, o da iki daşın arasında borc, xərc eləyib ən azından bir "Jiquli" alır.
Belə baxanda, burda bayaq dediyimiz ki, elə bir təhlükəli, qorxulu bir şey yoxdur. Ancaq biz bəzi qaranlıq mətləblərin üstünə bu yazımızda işıq salacağıq. Onda çoxları görəcək ki, qeyd elədiyimiz məsələlərin qorxulu tərəfləri də mövcuddur.
Axır aylar məmləkətimizin Bərdə, Ağdam, Füzuli, Beyləqan, Şəmkir, Tovuz, Qazaxg rayonlarındakı maşın bazarlarında Rusiya istehsalı olan avtomobillərin qiyməti xeyli ucuzlaşıb. Çox uzağa getməyək, elə Füzulinin Böyük Bəhmənli kəndində bu dəqiqə ən kasıb adamın qapısında "Jüquli" markalı maşın var. Hətta bəziləri bir maşınla kifayətlənmir, ucuz qiymətə başqa bir maşın da alıb həyətinə gətirir. Xeyirli olsun!
Çox təəccüblüdür ki, indi rayon yerlərində maşına o adamlar böyük maraqlar göstərir ki, onların nə sürücülük vəsiqəsi var, nə də hər hansı maşını idarə etmək qabiliyyətləri. Sadəcə olaraq, bu adamlar bir-birinin bəhsinə maşın almaq həvəsinə düşüblər. Qapısında bir-iki inəyi, danası, qoyun-quzusu olan adamlar həmin heyvanları bazarlarda satıb iki min manata bir "Jiquli" alırlar.
Bərdə bazarından "Jiquli" alan orta yaşlı bir adam deyir ki, iki dana, beş-altı da qoyun satıb yaxşı bir "Jiquli" almışam, amma sürməyi bacarmıram. Uzaq başı pul verib "prava" alacam.
Bax elə ən təhlükəli məqamlar da ondan ibarətdir ki, maşın idarə edə bilməyən və sürücülük vəsiqəsi olmayan adamlar sükan arxasında əyləşirlər. Onlar sükan arxasında əyləşəndə təbii ki, təcrübəsi və qabiliyyəti olmadığına görə ya qəza şəraiti yaradır, ya da özləri avtomobilləri aşırılar. Göründüyü kimi, hər hansı bir adamın sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi hansı fəsadlar törədir.
Bərdə rayon Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi reydlər zamanı on ildən çox nəqliyat vasitəsini idarə edən sürücü saxlanılıb.
Məlum olub ki, həmin adam əvvəllər də bir neçə dəfə sürücülük vəsiqəsi olmadığı üçün nəqliyyat vasitəsini idarə etdiyinə görə, cərimə edilib. Elə bu reyddə nə az, nə çox neçə-neçə sürücülük vəsiqəsi olmayan, amma avtomobilin sükanı arxasında əyləşən adamlar saxlanılıb.
Mənim yaxın qohmlarımdan biri də bir neçə dana satıb "Jiquli" almışdı. O, da Bəhramtəpə-Horadiz yolunun Bəhmənli ərazisində dönmə əməliyyatını düzgün yerinə yetirməmiş və baş yolda dönərkən qarşıdan gələn avtomobili görməmiş və nəticədə həmin avtomobillə "Jiquli" toqquşmuşdu. Toqquşma nəticəsində qarşıdan gələn avtomobilin sürücüsü dünyasını dəyişmişdi. Düzdür, qohumum bu hərəkətinə görə xəcalət çəkirdi və məhkəmə tərəfindən cəzasını da aldı. Və bu gün də o vicdanının məhkəməsindən qurtula bilmir. Deyir ki, mən maşın sürməyi öyrənsəydim, ölümlə nəticələnən qəza törətməzdim. Elə o vaxtdan qohumum maşın sürməyin daşını atıb.
Yaxud başqa bir misal. Astara rayonunda magistral yolda avtomobili idarə edən 13 yaşlı yeniyetmə idarəetməni itirib və maşını ağaca çırpıb. Nəticədə maşının salonunda olan 15 yaşında bir yeniyetmə dünyasını dəyişib, digər iki nəfər isə ağır xəsarət alıb. Buna nə demək olar?! Valideyn məsuliyyətsizliyi, yoxsa yeniyetmənin maşına olan böyük həvəsi.
Sizi inandırım ki, yuxarıda adlarını çəkdiyimiz rayonlarda qəfil reyd keçirilsə, məlum olar ki, əksər avtomobillərin sükanı arxasında əyləşənlərin nə təcrübəsi var, nə də sürücülük vəsiqəsi. Bax buna görə də bü cür adamlar respublikanın avtomobil yollarında, eləcə də kəndarası yollarda ağır qəzalar törədirlər.
Biz bir təklif irəli sürmək istəyirik: qoy adlarını çəkdiyimiz rayonların Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları xidmət apardığı yollarda reydlər keçirsin. Bax onda bəlli olacaq ki, iki dana satıb "Jiquli" alan və onun sükanı arxasında əyləşən nə qədər sürücülük vəsiqəsi olmayan adamlar var. Təbii ki, qanunu kobud surətdə pozan bu cür "sürücülər" nə qədər tez saxlanılsalar, bir o qədər də baş verə biləcək bədbəxt hadisələrin qarşısını tez almaq mümkündür. Təki dediklərimizi tezliklə yol polisi əməkdaşları icra eləsinlər. Onda məlum olar ki, əsl həqiqət necədir.
Faiq QİSMƏTOĞLU