İdmançımız alman rəqibini nokauta saldı
Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib.
Gənclər və İdman NAzirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edib.
Azərbaycanı bu yarışda "Royal Fight" klubunun professional idmançısı Şikar Bədəlov təmsil edib. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək yarışın qalibi olub.
Qeyd edək ki, Şikar Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlmişdi.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00