adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Fevral 2020 17:55
19171
DÜNYA

İdlibdə mülki vətəndaşlara hücum: 12 ölü, 30 yaralı

Əsəd rejimi Rusiyaya məxsus hərbi təyyarələrin köməkliyi ilə Suriyanın İdlib şəhərinə hücum edib.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Hücum nəticəsində 12 mülki vətəndaş həlak olub, 30-u yaralanıb.

Qeyd edək ki, ötən gün Əsəd ordusunun hücumu nəticəsində Suriyanın İdlib bölgəsində 5 türk əsgəri şəhid olub.

Bu gün isə İdlibdə Əsəd ordusuna aid helikopter müxalif qüvvələr tərəfindən vurulub.