adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyul 2020 16:08
13619
MƏMLƏKƏT

İctimai Televiziya və Radio Yayımları Şirkəti maska istehsalına və idxalına öz töhfəsini verəcək

Belə ki, İctimai TV CənubiKoreya istehsalı olan, 4 il ərzində 50-dən çox ölkəyə ixrac olunmuş, ABŞ,Rusiya, Almaniya, Fransa daxil olmaqla 20-dən çox ölkədə yarım milyardlıq pərəstişkarordusu toplamış "Maska”nı Azərbaycana gətirir.

Bir neçə xarici layihələrinAzərbaycanda yayım hüququnu əldə edən İctimai Televiziya və Radio YayımlarıŞirkəti "The Masked Singer” musiqili televiziya şousunun adaptasiya olunmasıüçün formatın region üzrə lisenziya sahibi olan Böyük Britaniyanın "Fremantle”şirkəti ilə müqavilə imzalayıb.

Möhtəşəm və həyəcan doğuran"Maska” şousunda 12 tanınmış şəxs bir meydana gələcək. Şou iştirakçılarının şəxsiyyətlərionlar üçün xüsusi olaraq hazırlanmış və tikilmiş kostyum və maskalar arxasındagizli saxlanılacaq. Gələn il İctimai TV tamaşaçıları mövsümün ən böyük sirriniaçmalı olacaqlar: maska arxasında kim gizlənir?...