İctimai nəqliyyatdan istifadə etməyənlərin balansından niyə pul çıxılır? - AÇIQLAMA
Bəzi vətəndaşlar nə metrodan, nə də avtobusdan istifadə etmədiyi halda balanslarından pul çıxır. Bu hal metro və avtobuslarda NFC ödənişlərinin tətbiqindən sonra baş tutub.
Adalet.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, ödənişlər adətən gecə saatlarında tutulur. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu hal əksər insanların başına gəlib.
Bəs iddia nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC və AYNA-dan bildirildi ki, məsələnin onlarla əlaqəsi yoxdur.
BakıKart-dan isə qeyd edildi ki, səsləndirilən iddialar əsassızdır:
"Tətbiq edilən ödəniş sistemi həm birdəfəlik keçid, həm də gecikdirmə prinsiplərini əhatə edir. Birdəfəlik keçid funksiyası əsasında kart balansı müvəqqəti kifayət etmədiyi halda belə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilər. Balans bərpa edildikdən sonra isə ödəniş yenidən tutulur".
"BakıKart"dan qeyd edildi ki, belə hallarla rastlaşan sərnişinlər qaynar xəttə müraciət edə bilərlər. \milli.az
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

