İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq
Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək.
Adalet.az xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə məlumat verib.
Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.
Bu kartların balansı "elektron pul kisəsi” vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək.
Yeni kartları "Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48