İcra başçısı təmas xəttindəki kənddə vətəndaş qəbulu keçirdi
Prezident İlham Əliyevin tapşırığına əsasən, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar qəbul-görüşü düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində keçirib.
Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev deyib ki, Şükürbəyli kəndində hal-hazırda 960 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1548 nəfərə hər ay 93600 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Şükürbəyli kəndində 11 şəhid ailəsi, 7 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 99 nəfər yaşa görə, 64 nəfər əlilliyə görə, 13 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət verilir. Kənd sakinlərindən 124 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Şükürbəyli kəndində məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
2018-2019-cu təsərrüfat ilində 630 ha taxıl əkilib, 2000 mkq barama istehsal olunub. Kənd sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 12850 manat subsidiya ödənilin.
Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03