İcma Braziliya XİN-i məsuliyyətli olmağa çağırdı

Qərbi Azərbaycan İcması Braziliya XİN-i məsuliyyətli olmağa çağırıb.
Adalet.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir.
“Braziliya Xarici İşlər Nazirliyinin son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb.
“Bölgənin siyasi statusunun dəyişdirilməsi məqsədilə gücdən istifadə edilməsi” ifadəsi tamamilə qəbuledilməzdir. Qarabağın Azərbaycan ərazisi olması Ermənistan da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.
Bu, eləcə də “Dağlıq Qarabağda və onun ətrafında” kimi köhnəlmiş ifadələrdən istifadə edilməsi Braziliya Xarici İşlər Nazirliyinin vəziyyətdən bixəbər olmasını göstərir.
Qərbi Azərbaycan İcması Braziliya Xarici İşlər Nazirliyini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırır”, - bəyanatda vurğulanır.
Digər Xəbərlər

"Bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Dövlət başçısı

"Vətən müharibəsi həm peşəkarlıq, həm milli ruh salnaməsidir" - Prezident

Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir

Nazir: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

“Bizə deyilir ki, istintaq davam edir” - Nazir AZAL təyyarəsinin qəzasından danışdı

Prezident Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
