İcma: "Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir"

Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir.
Adalet.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirlib ki, Avropa İttifaqı ATƏT-nin Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.
Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir.
Digər Xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə son hadisələri müzakirə etdi

BƏƏ Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

İlham Əliyevdən 5 milyon manatlıq SƏRƏNCAM

Onlara Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İlham Əliyev Zirvə Toplantısının iştirakçılarına müraciət etdi

Əli Əsədov Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə görüşdü
